ŞİƏ ƏHLİ
  ATA-ANAYA EHTIRAM
 
ATA-ANAYA EHTİRAM
«Allah Təala Qurani-Kərimin «Fatir» surəsinin 6-cı ayəsində buyurmuşdur: «Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs siz də ona-düşmən-olun».
Bu baxımdan İlahi tövsiyəyə riayət edib nicat tapmaq, iblisin düşmənlərindən olmaq üçün bu sahədə geniş araşdırmalara ehtiyac var.
20-ci kateqoriya ki, şeytan lənətliyin düşmənidir - valideynlərinə qarşı mehriban olan insanlardır. «(İblis deyər): «O kəslərlə /düşmənəm ki/, öz ata və anaları ilə mehribandırlar və onlara ehtiram göstərərlər».
Məlum olur ki, iblis lənətliyin qıcıqlanmasına, narahat olmasına, öz çirkin niyyətlərini həyata keçirməsinə mane olan ciddi amillərdən biri də insanların öz valideynlərinə diqqətli və mehriban olmalarıdır. Və müvafiq olaraq, şeytanın əsas iş-gücündən biri odur ki, ata-anaya olan ehtiramı dəyər statusundan çıxarsın. Bunun bir çox toplumlarda nümunəsini görürük. Dünyanın bir çox bölgələrində «nəsillər problemi» - həllini çətin tapan əsas məsələlərdəndir. Bir çox sosial-psixoloji problemlərin kökündə məhz valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməməsi durur. Onu da qeyd etmək gərəkdir ki, bu problemlər çox vaxt süni surətdə qabardılır. İblis lənətlik üçün ata-anaya ehtiramsızlıq «fəaliyyət» üçün böyük rahatlıq yaradan bir mühiti formalaşdırır.
Haradandır iblisin bu məsələyə belə həssaslığı? İnsan çaşanda, kiminsə haqqını basanda, zülm edəndə valideyni ona bu yolun pisliyini, məhvedici mahiyyətini anlada bilər. İblisin bundan narazı qalması isə - təbiidir».
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın! 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol