ŞİƏ ƏHLİ
  Ehli-Beyt peygemberlerden ustundur
 
Əhli-Beyt peyğəmbərlərdən üstündür
Əvvəla, müxtəlif mənbələrdə nəql olunmuş çoxlu rəvayətlərin məzmununa görə peyğəmbər Əhli-beyti bütün keçmiş peyğəmbərlərdən fəzilətlidir. Müxtəlif rəvayətlərdə Əhli-beytin başqalarından çoxcəhətli üstünlüyü nəql edilir. İmkanımıza görə yalnız bir neçə rəvayəti xatırlayırıq.

Bə’zi rəvayətlərdə həzrət Peyğəmbər və onun Əhli-beyti (s) Allahın qəbulu, hətta yaranışda belə başqalarından irəli olduqları üçün sevimli tanıtdırılır. İmam Sadiqdən (ə) nəql olunub ki, Əhli-beyt Ulul-əzm peyğəmbərlərin feyz məcrasıdır. Yenə İmam (ə) buyurur ki, Musanın Allahla danışığı, İsanın mö’cüzələri, qısası bütün fəzilətlər Əhli-beyt bərəkətindəndir. («Bəhar» cild 43). Musanın, İsanın mö’cüzələri Əli (ə) müqabilində sınmağın, qısası bütün ilahi inayətlər Əhli-beyt qarşısında təvazönün bərəkətindəndir. Çünki Əhli-beyt Allahı tanımaqda, bəndəlikdə, zikr deməkdə əvvəl məqamdır.

İmam Sadiqdən (ə) nəql olunub ki, göylərin və yerin zikri (bə’zi rəvayətlərdə mələklərin zikri) Əhli-beyt və Peyğəmbərin (s) zikrindəndir. («Bəhar» cild 25). Yenə də buyurur ki, bütün elm və
fəzilətlər bizdəndir. («Bəhar» cild 26).

  Bə’zi rəvayətlərdə Əhli-beytin sair peyğəmbərlərdən üstünlüyü bəyan olur.
İstinad: www.islamadogru.biz
istinad: 3w.Haqqul-Islam.de.tl
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol