ŞİƏ ƏHLİ
  Erken evlenmek qadagandir!
 
Diqqət! Erkən ərə getmək qadağandır!
Qızlarını erkən ərə verən valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. Onun sözlərinə görə, Komitə valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlayır. Azərbaycanda erkən nikah və küçə uşaqları probleminin yaranmasında valideynlərin günahının olduğunu vurğulayan şöbə müdiri deyib ki, bu problemin həlli məqsədilə valideynlərin məsuliyyətinin artırılması olduqca vacibdir.


"Qızların erkən yaşlarda ərə verilməsinə görə valideynlərə heç bir cəza tətbiq olunmur. Cinayət Məcəlləsi 16 yaşına qədər uşaqla cinsi əlaqədə olmağa görə cinayət məsulliyyəti nəzərdə tutur. Əsas məsuliyyət valideynin üzərinə düşür. Valideynlərin bu hərəkətinin cinayət əməli kimi təsbit olunmasını istəyirik", - İbrahimova deyib.

Komitəyə erkən nikah problemi ilə bağlı müraciətlərin daxil olduğunu deyən İbrahimovanın sözlərinə görə, müraciət edən valideynlər qızlarını erkən ərə verdiklərindən peşiman olduqlarını, qızlarına işgəncə verildiyini bildirirlər. Komitə rəsmisi küçə uşaqlarının bir çoxunun valideynləri olduğunu vurğulayıb və qeyd edib ki, uşaqların təhsildən yayınmasında, əməyinin istismar olunmasında valideynlər məsuliyyət daşımalıdırlar. "Buna görə İnzibati Xətalar Məcəlləsində cüzi cərimələr nəzərdə tutulur. Bu isə problemin həllində heç bir effekt vermir", - İbrahimova deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinə bununla bağlı edilən dəyişiklik erkən nikah və küçə uşaqları probleminin həllində effektli nəticə verəcək.

Azərbaycanda nikah yaşı qızlar üçün 17, oğlanlar üçün 18 yaş müəyyən edilib. Komitə qızların nikah yaşının 18-ə qaldırılması ilə bağlı Milli Məclisə müraciət edib.

Trend
islamazeri.az
istinad: 3w.Haqqul-Islam.tr.gg
  Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!

 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol