ŞİƏ ƏHLİ
  Gunahlarin tesiri
 
Günahların Təsiri
Günah dedikdә itaәtsizlik, qanunu pozmaq, dünyanın tәbii nizamına qarşı qiyam mә`naları nәzәrdә tutulur. Bu baxışa әsasәn, yaranış alәminin tam qanuni zәrurәtlәrini görmәmәzliyә vuran şәxs günahkar sayılır. Çünki yaranış nizama әsaslanır, hәr bir nizam qanundan qaynaqlanır. Qanunsuzluq özü günahdır vә günah Xaliqә qarşı üsyan kimi başa düşülür. Bu gün bәşәriyyәt mә`nәviyyat qaynağından uzaqlaşaraq itaәtsizliyә üz tutmaqla yerdә vә göydә bir çox bәlalar әrsәyә gәtirmişdir. İnsan isә faciәyә düçar olmasının sәbәbini anlamır. Doğrudan da, bәşәriyyәt nә üçün bir bu qәdәr bәlaya düçar olmuşdur? Hansı bәladan danışaq?
Bә`zәn dәhşәtli bir sel şәhәrlәri vә әkin sahәlәrini xaraba qoyur, sunami şәklindә cәnub-şәrqi asiya sahillәrini bürüyür, milyonlarla insan ev-eşiksiz qalır;
Bә`zәn göy yerә açılmış bacalarını bağlayır, yaşıl alәm dodağını islatmaq arzusunda qalır. Quraqlıq, qәhәtlik, aclıq, mәcburi mühacirәtlәrlә sonuclanır;
Bә`zәn od, bә`zәn külәk, bә`zәn torpaq sürüşmәsi, bә`zәn su elә fәlakәtlәr yaradır ki, buna savaşlar, qәtl-qarәtlәr dә әlavә olunsa bәşәr nәslinә son qoyular.
Әgәr bu hadisәlәrin, tәbii vә qeyri-tәbii bәlaların sәbәbini araşdırsaq belә bir qәnaәtә gәlәrik ki, biz öncәdәn yolumuzu seçmişik: Mә`nәviyyatdan uzaqlaşmaq!
Bu iddia üçün sözsüz ki, dәlillәrimiz var. Birinci dәlil tam mәntiqi vә asan anlaşılandır: Hәr kәs әkdiyini biçir. Yә`ni müsibәt әkәn, torpağa günah toxumu sәpәn rahatlıq vә xoşbәxtlik görmür. İkinci dәlil vәhy vә mә`sumların buyurduqlarında әks olunur. İslami mәnbәlәrdә bәd әmәllәrin acı nәticәlәrinә aşkar işarәlәr var. Qarşıdakı söhbәtlәrimizdә deyilәnlәr әtraflı şәkildә açıqlanacaq, günahın tә`sirlәri araşdırılacaq.
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!

Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!

 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol