ŞİƏ ƏHLİ
  Imam Huseyn qiyametde sefaet edecek.
 
İmam Huseyn (a.s.) qiyamətdə şəfaət edəcək
 Bismilləhir Rahmənir Rahim.

Böyük ustadlardan biri belə deyir: Bir gün dərs əsnasında şagirdlərdən bə᾿ziləri sözlərimə irad tutaraq, imam Hüseyn əleyhissəlamın qiyamətdə öz əzadarlarına şəfaət edəcəyinə dəlil və sübut gətirməyimi istədilər. Nə qədər dəlil gətirdimsə də, sözümü qəbul etməyib başqa dəlillər tələb etdilər. Çarəsiz qalıb fürsət istədim və bir müddətdən sonra onlara qənaətbəxş cavab verəcəyimə və᾿d etdim. Məqsədim Kufəyə gedib «Səhlə» məscidində bir müddət ibadət etmək və Allah-taaladan bu sualın cavabını qəlbimə ilham etməsini diləmək idi. Nəcəfi-əşrəfdən Kufəyə tərəf yollandım. Təzəcə yola düşmüşdüm ki, bir nəfər seyyidin mənimlə yanaşı
addımladığını gördüm və deyəsən o da Kufəyə gedirdi. Yol boyu həmən seyyid tez-tez suallar verir və sanki mənimlə həmsöhbət olmaq istəyirdi. Qəlbimdə Allahla razi-niyaz etdiyim üçün onun suallarına çox qısa cavab verir, bununla da söhbətdən yayınmaq istəyirdim. Amma bir qədər sonra başa düşdüm ki, bu seyyid həddindən artıq mə᾿lumatlı adamdır və ömrümdə eşitmədiyim elmi söhbətlər edir. Seyyid Kufəyə nə üçün getdiyimi soruşdu və mən də əhvalatı olduğu kimi danışdım. O, bir qədər fikirləşdikdən sonra – Bir əhvalat danışmaq istəyirəm, mümkündür sualının cavabı aydınlaşsın – deyə söhbətə başladı:
–Bir gün cavan bir şah öz vəzir-vəkillərini toplayıb ova çıxmaq istədiyini bildirdi. Hamı şahın fikrini bəyənib ov tədarükü görməyə məşğul oldular. Ertəsi gün onlar təbiətin qoynuna çıxıb ov üçün münasib yer axtarmağa başladılar. Şah
ətrafındakılara onu, qarşılaşdıqları ilk ovla tək buraxmalarını tapşırdı. Bir qədər sonra yamacında dayandıqları təpənin üstündə bir ceyran gördülər, əmrə əsasən hamı yerində dayandı və şah öz ovunu qovmağa başladı. Günün ikinci yarısınadək şah ceyranın dalınca at qovdu və nəhayət bir də ayılıb gördü ki, hava qaralmağa başlayır, ətrafındakı adamlardan səs-sorağ yoxdur, özü də ac-susuz və yorğundur. Nə etməli? Hansı istiqamətə getməli? Harada gecələməli? Bu fikirlərlə bir qədər gəzib-dolandıqdan sonra uzaqdan alaçıqlar görünməyə başladı və şah atını oraya sürüb bir alaçığın qapısında dayandı. Burada yaşlı qadınla bir kişi yaşayırdı. Onlar yorğun atlını görcək tez irəliyə gəlib atın cilovundan yapışdılar, qonağı içəri gətirib ona qulluq etməyə başladılar. Qonaq həddindən artıq ac və taqətsiz olduğundan ona şam hazırlamaq lazım idi. Lakin bu miskin ailənin dünya malından var-yoxları yalnız südü ilə dolandıqları bir keçiləri var idi və yemək hazırlamaq üçün ondan başqa heç bir şeyə gümanları gəlmirdi. Ər-arvad öz aralarında götür-qoy etdikdən sonra kimliyindən xəbərləri olmadığı və lakin Allah qonağı hesab etdikləri bu qəribə qonağa lazımınca xidmət etməyi hər şeydən üstün tutub, yeganə ümidləri olan keçini kəsdilər və ətindən kabab bişirib qonağı yetərincə yedirtdilər. Bütün söhbətləri eşidib, işləri diqqətlə müşahidə edən şah bu yüksək qonaqpərvərliyə, xalislik və insaniyyət tamaşasına baxırmış kimi bu səhnələrdən mə᾿nəvi zövq alır, onların sadəliyinə məftun olurdu. Nəhayət səhər açıldı, şahın adamları uzun axtarışdan sonra gəlib onu burada sağ-salamat tapıb çox sevindilər. Şah əmr verdi ki, bu ər-arvadı mənim sarayıma gətirin.
Ertəsi gün sarayda böyük ziyafət təşkil edildi, bütün ə᾿yan-əşraf, vəzir-vəkil, münəccim və alimlər orada iştirak edirdi. Məclisin yuxarı başında şahla yanaşı həmin kişi ilə qadın da oturmuşdu. Şah üzünü məclis iştirakçılarına tutub əhvalatı olduğu kimi danışıb soruşdu: – Mən bunların yaxşılığının müqabilində nə etməliyəm? Hansı bir iş bunların mənə göstərdikləri xidmətin əvəzini ödəyə bilər? Bir nəfər «yeddi qoyun versən kifayət edər» – deyə dilləndi. Şah qəbul etmədi. İkincisi yetmiş qoyun, üçüncüsü yeddi sürü, kimisi yeddi kənd deyə təklif edirdi, amma şah hər dəfə – «olmadı» deyib başını e᾿tirazla yelləyirdi? Nəhayət onlar təəccüblə şahın üzünə baxıb bir söz demədilər. Saray alimi məclisdə toplaşanların təəccübünü izhar etmək üçün dilləndi: Şahım, olmaya bircə keçiyə görə bütün xəzinəni bunlara vermək istəyirsən?!
–Şah təmkinlə sözə başlayıb dedi:
–Həqiqəti bilmək istəsəniz, bütöv bir xəzinə də bunların yaxşılığını ödəməz. Çünki, onlar Allah qonağına xidmət etmək üçün hər bir şeylərindən keçiblər. Bunla
rın var-yoxu təkcə bir keçi idi və onu da qurban ediblər və əgər mən də onun əvəzini vermək istəsəm, gərək bütün var-yoxumu və şahlığımı onlara təqdim edim.
Ustad deyir: Seyyid bu əhvalatı danışıb qurtardıqdan sonra söhbətini imam Hüseyn əleyhissəlamla əlaqələndirdi. O, sözlərini davam etdirib buyurdu: Bəşəriyyət içərisində Allah aşiqləri az deyildir. Onların hər biri öz səviyyəsi və eşqi dərəcəsində öz mə᾿şuqları yolunda fədakarlıq etmiş və tarixin ən şirin sətirlərini öz qanları ilə yazmışlar. Amma Rəbbimiz – bu Böyük Mə᾿şuq öz aşiqləri arasında sanki özgə bir şey arayır, Onun yolunda hər bir şeyindən keçməyə hazır olan öz aşiqini görmək istəyir. Bəli, belə bir səadət yalnız imam Hüseyn əleyhissəlama qismət olmuş, bu böyük və ağır imtahandan yalnız o həzrət alnıaçıq və üzüağ çıxmışdır. Allah yolunda malından, canından, əhli-əyalından, keçmişindən, gələcəyindən və ümumiyyətlə hər bir şeyindən keçmiş bu ilahi şəxsiyyət – mə᾿sum imam hansı məşəqqətləri görmədi! Dünyada hansı bir dərd-bəla vardır ki, o həzrətin müsibətində onun mütləq nümunəsini tapmayaq!
–Seyyid kövrələrək qəhər içində məndən soruşdu: Allah-taala imam Hüseyn əleyhissəlamdan Onun yolunda hər bir şeyindən keçməsini istədi və o həzrət də tam xalisliklə bütün varlığını öz Pərvərdigarına təqdim etdi. İndi söylə görüm, Allah-taala da onun bu misilsiz fədakarlığının əvəzini vermək istəsə nə etməlidir?
Ustad deyir: Mən bir anlığa duruxdum, dilimə gətirmək istədiyim sözün məs᾿uliyyətindən qorxub sükut etdim. Seyyid təbəssümlə dilləndi: Bilirəm qorxursan ki, deyəcəyin söz küfr və nasəza olsun. Amma mən deyim: Allah-taala da onun əvəzini vermək istəsə, öz mütləqiyyət və ilahi qüdrətini ona verməlidir. Lakin bu, qeyri-mümkün bir işdir və Allah heç kəsə öz ilahiyyətini verməz. Şəfaət necə? Pərvərdigari-aləm üçün imam Hüseyn əleyhissəlamın həqiqi mö᾿minlərə, öz aşiqlərinə şəfaət izni verməsi çətin bir işdirmi? Allah-taala İmam Hüseyn əleyhissəlam üçün şəfaət iznini əsirgəyərmi? Əlbəttə yox!
–Ustad deyir: Mən buradaca dayandım, çünki sualımın cavabını tapmışdım. Seyyidlə xudafizləşib geri döndüm və sonralar o seyyidin kim olmasını anladım...
Bəli, əzizlərimiz və Hüseyn aşiqləri!
Allah-taala Həzrət İbrahim əleyhissəlamdan öz övladını qurbangaha gətirməsini və onu Allah yolunda fəda etməsini istədi. O həzrət də bu əmri qəbul etdi, amma üçüncü əmrdən sonra və özü də yalnız bircə övladını...
Bu müqayisə ilə biz həzrət İbrahim xəlilüllahın məqamını kiçi
ltmək istəmirik (bizim ruhumuz o həzrətə fəda olsun!), əksinə imam Hüseyn əleyhissəlamın məqamının böyüklüyünü çatdırmaq istəyirik. O həzrət öz Mə᾿budu üçün zülm və zalımla mübarizədə, azadlıq və hürriyyət yolunda, İslam dininin inhiraf və azğınlıqlardan qorunması uğrunda öz cavan oğlanlarının tikə-tikə olunmuş bədənlərini əbasının arasına yığıb xeyməgaha gətirdi, gözləri önündə dilavər qardaşlarının necə amansızcasına şəhid edildiyinin, qolları üstə südəmər körpəsinin oxlandığının şahidi oldu! Bu səhnələr o həzrətin aşiqlərini daim yandırıb-yaxmışdır. Lakin bir səhnə daim o haqq aşiqinin ardıcıllarının qəlbini odlayır. İmam (ə) bilirdi ki, şəhadətindən sonra bu vəhşi qoşun onun xeyməgahına hücum çəkəcək, orada olan qız-gəlinlər yanan çadırlardan çıxıb hər tərəfə səpiləcək, atların ayağı altında o tərəf bu tərəfə qaçacaq və əsir götürülərək şəhərbə-şəhər gəzdiriləcək. Görəsən imam Hüseyn əleyhissəlam kimi mə᾿sum və qeyrətli bir kişini belə bir müsibəti qəbul etməyə nə vadar etdi?! Bu sualın cavabı çox genişdir və bu haqda kitablar yazmaq olar. Lakin qısaca demək lazımdır ki, o həzrət bu ağır və dözülməz müsibətləri qəbul etməklə bəşəriyyətə ən böyük dərsi öyrətdi. Zülmə, düşmənə, təcavüzkarlara qalib gəlmək üçün hər bir şeydən keçməyə hazır olmaq dərsi!
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!




Bu sayfa hakkındaki son yorum:
Yorumu gönderen: Turxan( Eshabem1mail.ru ), 21.06.2012, 14:58 (UTC):
Allah razı olsun sizden. Alimin gördüyü o seyyid Mutleqki Yusifi Zehradi a.f

Yorumu gönderen: Mery Pol( prestij_1983mail.ru ), 19.10.2012, 11:44 (UTC):
Çox maraqlıdır. Təşəkkür edirəm.

Yorumu gönderen: esmira( zumrud velievamail.ru ), 25.11.2012, 22:27 (UTC):
Mende imam Huseyin ucun canimdan kecerem,cox tessuf ediremki o minillikde yasamamisam.Cox isterdim.Ellerinize saglig xosuma geldi.Allah tala ureyimizdeki İmamin Huseynin sevgisini dahada artirsin,dinimize xelel getirenlere nehlet olsun.

Yorumu gönderen: FeQan( host-_1999mail.ru ), 04.02.2013, 09:55 (UTC):
ALLAH razi olsun cox gozel amma inandirim sizi biz cox deyirik ki,kerbelada olsaydiq bizde nece var hele canimizdan kecerdik Imam Huseyin (e)yolunda amma biz indi caliwib haramdan gunahlardan ve en esasi indi hicabi mudafiye etsek onda biz de kerbeleda Imam Huseyin (e)yolunda canimizi qurban vermiw olardiq.ALLAH razi olsun ALLAH bizi heqiqi iman ehli qerar versin AMIN.

Yorumu gönderen: hebib( hebib.bakinskimail.ru ), 22.09.2013, 21:57 (UTC):
cox te'sirlidi yazmaqa sôz tapa bilmirem

Yorumu gönderen: samir( nuriyev.sbox.az ), 15.02.2014, 02:58 (UTC):
Mekke muwrikleri ile ferqiniz var. O muwrikler dara duwende yalniz Allahi chagirardilar.Amma bu batil wie eqidesine uyanlar Allahdan qeyrisini chagirar ve wirk qowarlar

Yorumu gönderen: SADIQ( hesehli-1976inbox.ru ), 10.04.2014, 01:55 (UTC):
Batil dediyin eqide PEYGEMBER EQIDESIDI.Ehtiyatli ol,bir az dushun ,heqiqet o qeder aciqdi ki,

Yorumu gönderen: Amin( 0705747044 ), 03.12.2014, 08:14 (UTC):
Cox beyendim super Allah razi olsun

Yorumu gönderen: Amin( amineliyev55mail.ru ), 03.12.2014, 08:34 (UTC):
Cox beyendim super Allah razi olsun

Yorumu gönderen: cavansir( hemid209box.az ), 26.09.2015, 06:18 (UTC):
allah sizden cooooooooooooooooooooooooooooooox cox razi olsun.

Yorumu gönderen: huseyn nokeri( seccadsahbazovamail.ru ), 10.04.2016, 03:57 (UTC):
Allah komeyiniz olsun



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
E-mail adresiniz:
Mesajın:
 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=