ŞİƏ ƏHLİ
  Insanla reftar ve Imam Zamanla gorush
 
 İNSAFLA RƏFTAR VƏ HƏZRƏT İMAM ZAMANLA (ə.f.) GÖRÜŞ
Alimlərdən biri imam Zaman əleyhissəlamla görüşmək arzusunda idi. Amma bu
işə nail olmadığından daim əzab çəkirdi. Nəcəfi-əşrəfin elmiyyə hövzələrinin tələbələri, eləcə də ələviyyə (Əli (ə.)-ın məqbərəsinin yanında təhsil alan) tələbələr arasında belə bir məşhur qayda var ki, hər kəs ardıcıl olaraq qırx çərşənbə gecəsi "Səhlə” məscidinə gedib məğrib və işa namazlarını orda qılmağa müvəffəq olsa,
imam Zaman (ə.)-ın hüzuruna müşərrəf ola bilər. Həmin şəxs uzun müddət bu məqsədlə çalışdı, lakin öz arzusuna çata bilmədi. İstəyinə nail olaq üçün qəribə elmləri, hərf və ədədlərin sirlərini öyrənməyə başladı, tələb məqamında ruhi riyazətlə məşğul oldu. Çillələr saxladı, uzun-uzaı ruhi məşğələlərə dözdü, lakin yenə də heç bir nəticə almadı. Bu şəxs İmam əleyhissəlamın ziyarətinə nail ola bilməsə də, gecələr oyaq qalmaq, səhərlər ALLAH dərgahında ah-nalə etmək nəticəsində batini nuranilik və səfa əldə edə bilmişdi. Belə ki, bəzi vaxtlarda onun üçün xüsusi nuranilik gəlir, ona bu məsələdə yol göstərilir, ruhunda xalislik və cəzb halətləri tapılır, həqiqətləri görür və incəlikləri eşidirdi.
Bu halətlərin birində ona deyildi: "Sənin imam Zaman əleyhissəlamı görüb ziyarət etməyin yalnız filan şəhərə səfər etməkləmümkün ola bilər.” Bu səfərin çox çətin olmasına baxmayaraq, öz məqsədinə çatmaq üçün həmin şəxs dərhal onu yerinə yetirməyə hazırlaşdı.
 
 İMAM ZAMAN (Ə) DƏMİRÇİLƏR BAZARINDA
 Bir neçə günlük səfərdən sonra həmin şəxs deyilən şəhərə çatdı. Orada da həmin
riyazətləri davam etdirdi, çillə saxladı, otuz yeddi, yaxud otuz səkkizinci gündə ona dedilər: "Həzrət imam Zaman (ə) indi dəmirçilər bazarında qıfıl düzəldən qoca bir kişinin dükanının qapısında oturub. Yubanmadan onun hüzuruna tələs!”
Həmin şəxs ayağa qalxıb mənəvi aləmdə gördüyü yolları keçdi və qoca kişinin dükanının qabağına gəlib imam Zaman əleyhissəlamın orada oturduğunu və həmin kişi ilə şirin-şirin söhbət etdiyini gördü. Salam verdi, imam onun salamını alıb işarə ilə sükut etməsini əmr etdi. Burada maraqlı bir mənzərə var, ona diqqət yetirin.
 QIZIL DÜZƏLDƏN QOCA KİŞİNİN İNSAFI
 Həmin şəxs deyir: Bir qədər kənarda dayanıb heyrətlə onlara tamaşa edirdim. Bu
zaman gördüm ki, qocalıb əldən düşmüş, beli bükülmüş, əlləri əsən və əlində əsa tutmuş bir qoca qarı əlindəki qıfılı dükançıya göstərib dedi: ALLAH rizasında bu qıfılı məndən üç şahıya alın, mənim üç şahı pula ehtiyacım vardır.
Qoca kişi qıfıla diqqətlə baxdıqdan sonra dedi: Qıfılın heç bir nöqsanı yoxdur, bunun iki abbası dəyəri vardır. Çünki, onun açarının qiyməti on dinardan çox deyildir. Əgər sən mənə on dinar pul versən, mən bu qıfılın açarını düzəldərəm və onda onun qiyməti üç şahı deyil, on şahı olar.
Qarı dedi: Mənə qıfıl lazım deyildir, mənim pula ehtiyacım vardır. Siz bu qıfılı üç şahıya məndən alın, mən sizə dua edərəm.
Qoca kişi tam sadəliklə cavab verdi: Bacım! Sən müsəlmansan, mən də özümü müsəlman hesab edirəm. Nə üçün müsəlmanının malını almalı və kiminsə haqqını tapdalamalıyam?! Bu qıfılın hal-hazırda da səkkiz şahı qiyməti vardır. Qazanc götürmək istəsəm də, mən onu yeddi şahıdan ucuz ala bilmərəm. Çünki, iki abbasılıq alverdə bir şahıdan artıq qazanc almaq insafsızlıqdır. Indi əgər satmaq istəsən, mən onu yeddi şahıya alaram. Yenə də təkrar edirəm ki, onun həqiqi qiyməti iki abbasdır. Mən də ticarətçi olduğuma görə haqq-hesabı belə aparmalıyam. Ona görə də bir şahı ucuzuna alıram.
Bəlkə də qarı inana bilməzdi ki, bu kişi doğru danışır. Ona görə də narahat olub dedi: Mən özüm deyirəm ki, heç kəs bu məbləğə razı deyil. Mən yalvarırdım ki, üç şahıya alsınlar. Çünki mənim ehtiyacım on dinarla başa gəlmir. Mənə üç şahı pul lazımdır.
Qoca kişi yeddi şahı verib qıfılı aldı.
 MƏN ONUN ARDINCA GƏLƏRƏM
 Qarı qayıtdıqdan sonra İmam (ə) mənə buyurdu: Əzizim, bu mənzərəni müşahidə
etdinmi?! Belə olun ki, biz də sizin ardınızca gələk. Çillə saxlamaq lazım deyil, qəribə elmlərə əl atmaq faydasızdır, riyazət və səfərlərə getməyə də ehtiyac yoxdur. Özünüzdən xalis əməl göstərin və həqiqi müsəlman olun ki, biz də sizlərlə ünsiyyətdə olaq. Bu şəhərdə yalnız bu qoca kişini seçmişəm. Çünki onun dini var və ALLAH’ı tanıyır. Bu da bir imtahan idi ki, ondan başıuca çıxdı. Bu qoca qarı bazarın əvvəlindən başlayıb bura qədər hamıya öz ehtiyacını izhar edir və onlardan qıfılı üç şahıya almalarını istəyirdi. Onlar da qocanı çarəsiz və ehtiyaclı görüb daha ucuz qiymətə almaq istəyirdilər. Amma bu kişi onu yeddi şahıya aldı. Elə bir həftə olmur ki, mən onun görüşünə gəlməyim və ona məhəbbət göstərməyim.
 MƏNBƏ: MƏHƏBBƏT İKSİRİ (ŞEYX RƏCƏBƏLİ XƏYYAT)
istinad: 3w.Haqqul-Islam.de.tl
  Matreallardan istifadə zamanı halallıq üçün istinad verin! 
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın! 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol