ŞİƏ ƏHLİ
  Meni Shialarin meclisine aparin
 

«MƏNİ ŞİƏLƏRİN ƏBUL FƏZL ABBASA TUTDUQLARI ƏZA MƏCLİSİNƏ APARIN!»
Höccətul-islam vəl-müslimin Oman ölkəsindən olan Şeyx Səid Səidi üç kəramət yazır:
1. Qadınlardan birinin bütün uşaqları, qohum-əqrabası və əri sünni idilər. Bu xanım şil xəstəliyinə tutulmuşdur. Əri sağalmasından ötrü çox xərc çəkmişdi, amma onun şəfa tapmasından məyus olub onu uşaqları ilə birlikdə atası evinə göndərmişdi. Ola bilsin onu boşayıb təzə arvad almaq fikrindəymiş. Xanım pərişan halda bacılarına deyir:
Sabah Məhərrəmin yeddinci günü və şiələrin yanında həzrə Əbul Fəzl Abbas (əleyhissalam) günüdür, ora gedin. Xahiş
edirəm məni də şiələrin «Abbas» matəmi məclisinə aparın. «Abbas ələminə» bağlayın, bəlkə onun əli ilə şəfa tapam.
Səhəri gün bacıları xanımın qoltuğuna girib ayaqları yerlə sürünə-sürünə onu Əbul Fəzl Abbas (əleyhissalam) məclisinin qadınlar olan qismətinə gətirdilər. Həzrətin adına olan «Ələmin» yanında otuzdurdular. Bu vaxt sübh mərasimi qurtarmışdı. Hər halda sinə vurmaqlıq mərasimi başladı. Qadınların mərasiminin məsulu ona yaxınlaşıb dedi:
Qalx! Əzadarlıqda sən də iştirak et!
Xəstə qadın cavab verdi:
Sən ki, bilirsən mən şiləm, qalxmağa qüdrətim yoxdur.
Buyurdu: Heç narahat olma «Ya Əbul Fəzl Abbs!» deyib yerindən qalx! Xəstə qadın uca səslə və xalis niyyətlə:
«Ya Əbul Fəzl Abbas!» deyəndə, birdən yerindən qalxdı.
O vaxt qadın özü ayaqlarına əlini vurub hiss edir ki, şillikdən qıçlarında əsər-əlamət yoxdur. Ona görə də ixtiyarsız halda baş-gözünə vurub, fəryad çəkib əzadarlıq etməyə başlayır. Kişilər bu səsi eşidib pərdənin dalında onlar da əzadarlığa başlayırlar. Məclis xüsusi şur və həyəcanla davam edir.
Onu da qeyd edək ki, bu xanım Məhərrəmin yeddisindən Səfər ayının axırına qədər bütün əzadarlıq məclisində iştirak eməkdən əlavə orada köməklik də göstərimşdir. Əri də qadının şəfa tapmasını eşidib onu evinə qaytarır və öz müştərək həyatlarına təzədən başlayırlar.
Xatırladaq ki, bu qadının qardaşı vəhhabi olub şiələrin belə məclislərini bidət və xurafat kimi qələmə verirdi. Belə məclislərə qarşı mübarizə aparanlardan idi. Amma bacısının həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) əli ilə şəfaət tapmasını qəbul edib müqabilində təslim olmuşdur!
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol