ŞİƏ ƏHLİ
  Namazi Oz Vaxtinda Qilmaq (1-ci hisse)
 
Namazı Öz Vaxtında Qılmaq (1-ci hissə)
Namazda diqqət edilməsi mühüm olan məsələlərdən biri də namazın ilkin, yəni öz vaxtında qılınmasıdır. İstər Qurani-Kərimdə, istərsə də ki, hədis və rəvayətlərdə müsəlmanların (öz) namazlarının vaxtlarına riyaət etməsi təkid olunmuşdur. Yəni, müsəlman şəxs namazın vaxtı daxil oldumu, dünyəvi əməllərdən əl çəkib, həmin vaxtı (namazın daxil olduğu vaxtı) ancaq və ancaq Allaha (namaza) həsr etməlidir. Bu da, əməlin kamilliyi və dinin gözəlliyidir. Necə ki, əmirəl-Mominin Həzrət Əli (ə) ömrünün son anlarında oğlu İmam Həsəni (a.s.) çağırıb, özünün hikmət çeşməsindən o həzrətə bir neçə vəsiyyət etmiş, həmçinin namazın vaxtında qılınmasını tövsiyə buyurmuşdur. Əks halda yəni namaz (öz vaxtından) təxirə salınarsa, sahibinin əzaba düçar olması ilə nəticələnər.
Qurani-Kərimdə bu haqda buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.» (Maun surəsi, ayə 4, 5)
Bir halda ki, Allah-Təala, namazlarından qafil olan kəslər haqqında "vay halına” buyurursa bu həmin şəxslərin aqibətinin heç də yaxşı olmayacağı mənasındadır.
Peyğəmbəri-Əkrəm sallallahu əleyhi və əlihi və səlləm buyurur: «Namazı öz vaxtından təxirə salanlar, (Qiyamət günündə) mənim şəfaətimə nail olmayacaqdır.» («Namaz hədis güzgüsündə», səh. 32)
«Hər kəs namazını üzürlü səbəb olmadan qılmasa və namazın vaxtı keçsə, əməli məhv olmuşdur.» («Namaz hədis güzgüsündə», səh. 33)
Həzrət Əli (ə) «Nəhcul-Bəlağə»də, Muhəmməd ibn Əbubəkri Misirə vali (başçı) təyin etdiyi zaman (O cənaba) yazdığı məktubunda buyurur: «Namazı vaxtında qıldır. İşin olmayanda vaxtından əvvəl qıldırmağa, işin olanda isə vaxtını keçirməyə təşəbbüs etmə. Bil ki, etdiyin və edəcəyin hər şey namaza bağlıdır.»
Ümumiyyətlə, heç bir üzür olmadan namazı təxirə salaraq əvvəl vaxtında qılmamaq, (namaz) sahibinin öz namazına ciddi nəzarət etməməsi, onu yüngül sayaraq əhəmiyyət verməməsi deməkdir. Həmin şəxslər haqqında, İmam Sadiq (ə) buyurur: «Bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaqdır.» («Namaz hədis güzgüsündə», səh. 30)
Əbu Bəsir deyir: «İmam Sadiqin (ə) vəfatı ilə əlaqədar başsağlığı vermək üçün, Humeydənin yanına getdim. Humeydə ağlayıb dedi: Ey Əbu Muhəmməd! Kaş, o Həzrət (ə) vəfat edəndə burada olaydın. Gözlərini yumub mənə buyurdu: Qohumlarımı və yaxınlarımı yanıma çağırın. Hamı o Həzrətin (ə) başına yığılanda buyurdu: Bizim şəfaətimiz heç vaxt, namazı yüngül sayana çatmaz.» («Mizanul-hikmət», səh. 522, hədis 3650)
Deməli, bəndənin öz namazına diqqət edərək əvvəl vaxtında qılması mənfəətlidir və əgər namazlarını yüngül sayaraq öz vaxtından təxirə salıb gecikdirərsə əməlləri məhv olar, Qiyamət günü (həmin şəxs) Peyğəmbər (s) və Əhli-beytinin (ə) şəfaəti o insana çatmaz.

Namazın əvvəl vaxtda qılınması haqqında nəql olunan rəvayətlərə gəldikdə isə, numunə olaraq bir neçəsini qeyd edirik ki, bunlardan biri, şəhidlər ağası İmam Hüseynin (ə) Kərbəladakı (zöhr) namazı haqqındadır. Rəvayət edilir ki, Aşura günü zöhr namazının vaxtı yetişdikdə Əbu Səmamə İmamın hüzuruna gəlib, zöhr namazını O həzrətlə qılmaq istədiyini bildirir. İmam döyüşün davam etməsinə baxmayaraq, əshabından olan Züheyr ibni Qeynə və Səid ibni Əbdullaha göstəriş verir ki, onun (yəni, özünün) qarşısında dayansınlar ki, İmam (zöhr) namazını qılsın. Onlar, həzrətin sözünə əməl edərək qarşısında dayandılar və həzrəti qoruduqları əsnada özlərini düşmənlərin ox və nizələrinə sipər etdilər. İmam səhabələrin yarısı ilə zöhr namazını xof namazı kimi iki rəkət qıldılar və səhabələrin digər bir hissəsi onları düşməndən qoruyurdu. Nəhayət, Səid ibni Əbdullah nizə, ox və qılınc zərbələrindən yerə yıxıldı. Hətta deyilənə görə onun bədənindən qılınc və nizə yarasından əlavə 13 ədəd ox tapdılar. (Bax, «Muntəhəl-amal», 5-ci hissə, səh. 189)
Döyüş əsnasında belə, düşmənlərin zəhərli ox və nizələri qarşısında İmam və ordusu düşmən tərəfindən şəhid ediləcəklərini bildikləri təqdirdə yenə də Allahın əmrindən çıxıb namazlarını tərk etmədilər. Bu onu göstərir ki, təhlükəli döyüş səhnələrində belə namaz vaxtından təxirə salınmamalı, bəlkə (asan olsun deyə) xof namazı kimi iki rəkətli qılınmalıdır.
istinad: 3w.Haqqul-Islam.de.tl
 Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın! 





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen::29.10.2011, 12:46 (UTC)
ehliwie-samux
ehliwie-samux
Kapalı

Allah razi olsun qardaü

Yorumu gönderen: dasqn( 123456789987654321`AA ), 04.02.2013, 15:08 (UTC):
qiymeti olmayacaq derecede ela


Yorumu gönderen: Ismet( y.eliinbox.ru ), 25.02.2013, 16:16 (UTC):
Halaligin verin sehfede paylawim

Yorumu gönderen: nihad( nihad.quliyev.1991mail.ru ), 01.08.2013, 16:27 (UTC):
Allah sizlerden razı olsun ki,gözel hedislerle bilmediyimiz meselelerle bizi melumatlandırırsınız Allah imanımızı kamil etsin Amin.

Yorumu gönderen: Natiq( natiq.hasanov313mail.ru ), 04.04.2014, 05:02 (UTC):
Allahim bu ishde zehmeti olanlarin savabini bire min artirar inshallah!



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
E-mail adresiniz:
Mesajın:
 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=