ŞİƏ ƏHLİ
  Namazin qaydasi (sekil)
 
Namazın qaydası

Qiblə

Dəstəmaz aldıqdan sonra, artıq namaza başlamaq üçün üzü qibləyə, yəni Məkkə şəhərindəki Məscidül-Hərama, Kəbə evinə tərəf durmaq lazımdır. Rəbbimiz buyurur: 
"Hər hansı bir yerə gəldikdə, (namaz vaxtı) üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki, Rəbbin tərəfindən göstərilən bu qiblə haqqdır!.." (Bəqərə surəsi, ayə 149)



Niyyət
 Artıq üzü qibləyə, namaza hazır vəziyyətdə durduqda hansı namazı qılacağımızı ürəyimizdən keçiririk. Bu, "niyyət" adlanır. Məsələn, Sübh namazına başladıqda ürəyimizdən keçiririk: "Sübh namazını qılıram qurbətən iləllah". 
Sonra "Allahu əkbər" deyib namaza başlayırıq.
Digər namazlarda da bu cür niyyət edilir. Sadəcə, "Sübh namazı" əvəzinə "Zöhr", "Əsr", "Məğrib" və ya "İşa" namazını qıldığımızı ürəyimizdən keçiririk.

Namazın qılınma qaydaları

Qiyam



Qiyam - namazda ayaq üstə durmağa deyilir. Hər namaza qiyam halında başlayırıq (qiyam halında niyyət edir, sonra "Allahu Əkbər" deyirik).



Namazların bir və ikinci rəkətlərində qiyam halında "Fatihə" və başqa bir surə (məsələn, "İxlas" surəsi) oxunur. Üçüncü və dördüncü rəkətlərdə isə "Fatihə" surəsi, yaxud üç dəfə "Təsbihat" oxunur.

Ruku



Hər rəkətdə qiyam halından sonra əyilirik və əllərimizi dizimizə qoyuruq. Bu hal ruku adlanır.
Ruku halında üç dəfə "Subhanəllah" deyilir.

Səcdə



Hər rəkətdə rukudan sonra iki səcdə yerinə yetirilir.
Səcdə - alın, hər iki əlin içi, hər iki diz və hər iki ayağın baş barmağının yerə qoyulmasıdır.
Səcdə etdikdə alnımızı yerə aid və yerdən çıxan yeyilməyən və geyilməyən şeylərə qoyuruq. Məsələn, torpağa, qumluğa, daşa, çəmənliyə, taxtaya və s. bu kimi şeylərə.
Səcdə halında da üç dəfə "Subhanəllah" deyilir.

Qunut



Hər namazın ikinci rəkətində qiyam halında Fatihə və surə oxunduqdan sonra qunut tutmaq müstəhəbdir.
Qunut - üzün müqabilində əllərin içini səmaya doğru açıb bir-birinin yanında tutaraq dua oxumaqdır.
Qunutda istənilən dua və zikr oxunula bilər. Məsələn, üç dəfə "Subhanəllah" deyilə bilər.


 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol