ŞİƏ ƏHLİ
  Sherabin Haramliginin dord merhelesi
 
Şərabın Haramlığının Dörd Mərhələsi
İslam dinində bə`zi hökmlər tədricən bəyan olunmuşdur. Buna səbəb cəmiyyətin buna hazır olmamasıdır. Şərab içməyin qadağan olunması hökmü də bu qəbildəndir. 
İslamdan əvvəl, yə`ni cahiliyyət dövründə ərəblərin üç şeyə güclü meyli olmuşdur: Şe`r, şərab, döyüş. Şərab içmək onlar üçün fəxr və üstünlük hesab olunurdu. Bundan əlavə onların gəlirlərinin bir hissəsi şərab istehsalı və onun ticarəti ilə tə`min olunurdu. Elə buna görə də, şərab Qur`ani - kərimdə dörd mərhələylə haram buyurulmuşdur. Bu barədə ilk ayə Məkkədə nazil olmuş Nəhl surəsinin 67-ci ayəsidir. Bu ayədə Allah taala şərabı "gözəl ruzi"nin qarşı tərəfi kimi göstərərək məzəmmət etmişdir. Ayədə deyilir:
"Xurma və üzüm ağaclarının meyvələrindən məstedici şərab və gözəl ruzi çəkirsiniz".
Digər ayələr müsəlmanların Mədinəyə hicrətindən sonra nazil olmuşdur. Nisa surəsinin 43-cü ayəsində Allah taala məst halda qılınan namazın məqbul sayılmadığını bildirdi:
"Ey müsəlmanlar! Nə dediklərinizi bilənə kimi, məst halda namaza yaxınlaşmayın!"
Ayənin yalnız namaza aid olmasına baxmayaraq, onda bir növ məzəmmət və ikrah hissi də yatmışdır. "Nə dediklərinizi bilənə kimi" ifadəsindən mə`lum olur ki, məst və sərxoş insan dediklərini anlamır və danışdığı sözlərin fərqinə varmır. Bu isə, heç şübhəsiz ki, normal insan üçün böyük qəbahət və eyib sayılır.
Şərabın pis və bəyənilməz iş olması barədə nazil olan üçuncü ayə Bəqərə surəsinin 219-cu ayəsidir. Bu ayə şərab və qumar barəsində Peyğəmbərə (s.a.a.) verilən sullara cavab olaraq nazil olmuşdur:
"Ey Peyğəmbər! Səndən şərab və qumar haqqında soruşurlar. De ki, onlarda böyük ziyan və insanlar üçün (maddi) mənfəət vardır. Lakin ziyanları mənfətlərindən daha artıqdır".
Göründüyü kimi Allah taala bu ayədə şərabın şəriət baxımından eyib sayıldığını vurğulayıb, onun qəti surətdə haram olunmasına zəmin hazırlamışdir. Müsəlmanların bə`ziləri heç zaman şərab içməmişdilər. Bə`ziləri isə bu ayələrdən sonra şərabdan çəkindilər. Amma, bə`zi müsəlmanlar hələ də şərab içir və köhnə vərdişlərini dava
m etdirirdilər. Bə`zən bu qruplar arasında mübahisələr yaranır, bə`ziləri şərabın haram, bə`ziləri isə halal olduğunu söyləyirdilər. Onlar Peyğəmbərin (s.a.a.) yanına gəlib bu barədə daha açıq və aydın hökm istədilər. Bu zaman Maidə surəsinin 90-91-ci ayələri nazil oldu:
"Ey müsəlmanlar! Həqiqətən şərab, qumar, bütlər və əzlam (Cahiliyyət dövründə geniş yayılmış bəxt oyunu) Şeytan əməli olan çirkin və murdar işlərdirlər. Öz səadət və qurtuluşunuz üçün onlardan çəkinin. Şeytan şərab və qumar vastəsilə sizin aranızda ədavət və düşmənçilik yaratmaq, sizi Allahın zikrindən çəkindirmək istəyir. (Bütün bu açıqlamardan sonra ) Siz (şərab və qumardan) çəkinməyəcəksinizmi?!"
Bu ayə ilə şərab içmək qəti surətdə haram buyruldu, onun çirkin iş və şeytan əməli olduğu göstərildi. O zamandan e`tibarən qiyamətə qədər Allaha və Peyğəmbərə imanı olan bütün insanlara şərab içmək qadağan olunmuşdur.
Diqqət yetirmək lazımdır ki, qeyd olunan ayələr bütün məstedici və spirtli içkilərin haram olmasını bildirir. Belə ki, onların az və ya çox, xalis və ya qarışıq olmaları, habelə insana tə`sir göstərib - göstərməmələri arasında heç bir fərq yoxdur.
istinad: www.IslamaDogru.biz
istinad: 3w.Haqqul-Islam.de.tl
 Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın! 





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: SHirvan( abv1975mail.ru ), 23.11.2011, 18:56 (UTC):
ALLAH KOMAYINIZ OLSUN



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
E-mail adresiniz:
Mesajın:
 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=