ŞİƏ ƏHLİ
  Mircefer Eyyubova qarshi virtual texribat
 
Mircəfər Əyyubova qarşı virtual təxribat
Son vaxtlar “Facebook” sosial şəbəkəsində təxribatçı qruplar aranı qarışdırmaqla məşğuldurlar.

O cümlədən, dəyərli ruhanilərin adından saxta profil yaradaraq insanları mitinqlərə, küçə yürüşlərinə çağırışlar edirlər. Həmçinin ölkənin nüfuzlu ruhanilərindən olan Hacı Mircəfər Əyyubzadənin adından yalançı profil yaradaraq digər ruhanilərə böhtan atmaq və bu kimi əxlaqsız statuslar yaymaqla məşğuldular. Bu da bir sıra dindarlar arasında çaşqınlığa səbəb olur.

İslamaz.com saytı olaraq məsələnin ciddiliyini nəzərə alıb Hacı Mircəfər Əyyubzadənin özü ilə əlaqə saxladıq. Müsahibimiz qeyd etdi ki, məsələdən xəbərdardır və onun adından böhtan atılmış ruhanilərlə özü əlaqə saxlayaraq bunun yalan olduğunu bildirib. “Mənim “Facebook”sosial şəbəkəsində öz şəxsi profilim var. Profilimdə isə öz şəkilim deyil. Muxtarnamədən bir şəkildir. Elə öz profilimdə də elan vermişəm ki, mənim adımdan saxta profil yaradılaraq əxlaqsızlıq edirlər. Mənim adımdan ruhanilərə böhtanlar atılandan sonra mən Hacı Şahinlə, Hacı İlqarla şəxsən əlaqə saxlayıb məsələyə aydınlıq gətirmişəm. Sizin saytın vasitəsi ilə də bildirirəm ki, mənim bu profillərlə heç bir əlaqəm yoxdur.”/İslamaz.com/
islamazeri.az
istinad: 3w.Haqqul-Islam.tr.gg
 Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!


 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=