ŞİƏ ƏHLİ
  Ramazan ayinin emelleri
 

Mübarək Ramazan ayının əməlləri
Bütün həmdlər aləmlərin xaliqi olan Allaha məxsusdur. Salavat və salam olsun məxluqatın əfzəli və əşrəfi olan həzrət Muhəmməd ibn Əbdullaha (s.əv.v.) və onun pak və pakizə olan Əhli-Beytinə (ə.s.)

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.




Niyyət


İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.




Orucu nələr batil edir?


Doqquz şey orucu batil edir:
1. Yemək və içmək;
2. Cima (cinsi yaxınlıq);
3. İstimna (özündən məni xaric etmə);
4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq;
5. Hülqümə qatı toz və tüstünün yetişməsi;
6. Başı bütövlüklə suya batırmaq;
7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi;
8. Axıcı şeylərlə imalə etmək;
9. Qusmaq.

Oruc tutmaq kimlərə vacib deyil?


Dörd halda oruc tutmaq vacib olmur:
1. Qocalıq və məşəqqət səbəbindən;
2. Susuzluqdan əziyyət çəkən xəstələr;
3. Hamiləliyin son dövründə olan qadının tutacağı oruc özünə və hamiləliyinə zərər olduqda;
4. Uşaq əmizdirən və südü az olan qadınlar;

Ayın əvvəli (fitr bayramı) hansı yolla təyin olunur?



Ayın əvvəli beş yolla təyin olunur:
1. İnsan özü ayı görsə;
2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey);
3. İki adil kişi ayı gördüklərini desələr;
4. Aydan otuz gün keçmiş olsa;
5. Şər’i hakim ayın başlaması barədə hökm versə.

Oruc tutmaq nə vaxtlar vacibdir?


Ramazan ayında, eləcə də nəzir, əhd və and səbəbi ilə oruc tutmaq vacibdir.

Zikr


Muhəddis Feyz "Xülasətul-əzkan" kitabında ramazan ayının hər günündə 100 dəfə bu sözlərin deyilməsini məsləhət bilmişdir:
"Subhanəz-zarrin-nəfii subhanəl-qazi bil həqqi subhanəl-əliyyil-ə`lə subhənəhu və bihəmdihi subhənəhu və təala"

Ramazan ayında hər vacibi namazdan sonra oxunan dualar:
-“Ya əliyyu ya əzim, ya ğəfuru ya rəhim, əntər-Rəbbul-əzim, əlləzi ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir və haza şəhrun əzzəmtəhu və kərrəmtəh və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur və huvəş-şəhrul-ləzi fərəztə siyaməhu ələyy və huvə şəhru Rəməzan, əlləzi ənzəltə fihil-Quran, hudən lin-nasi və bəyyinatin minəl-huda vəl-furqan və cəəltə fihi ləylətəl-Qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh, birəhmətikə ya ərhəmər-rahimin.”
Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən və o Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin ramazan ayıdır və o ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi.

-“Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi kullə cai. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəyn və əğnina minəl-fəqr, innəkə əla kulli şəyin qədir.”
İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doydur. İlahi, libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərində fəsad törədənləri islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən.

Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar.


«Allahummə rəbbə şəhri ramazanəl-ləzi ənzəltə fihil Qur'an vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam»
Ey Allahım, ey Ramazan ayının Rəbbi! (Bu ay) Elə bir aydır ki, bu ayda Qur'anı nazil etmisən, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bir ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım.


İftar vaxtında oxunan dua:


-“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl- məğfirəti iğfir li.”
İlahi, Sənə xatir oruc tuturam, Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allah, məni bağışla.




Ramazan ayının birinci gecəsinin əməlləri:



1) Yeni ayın çıxmasını görmək
2) Səhifeyi-Səccadiyədə qeyd olunan 43-cü duanı oxumaq
3) Öz halalı ilə cinsi əlaqəyə girmək. Bu yeganə aydır ki, həmin ayın birinci gecəsində insan öz halalı ilə cinsi əlaqəyə girməyi müstəhəb sayılıb.
4) həmin gecənin qüslünü etmək
5) Axar su ilə qüsl etmək. Bu əməl zamanı gərək mömin şəxs 30 ovuc suyu başına töksün. Hər kəs bu əməli etsə, gələn ramazan ayına qədər mənəvi təmizliyi əldə edər.
6) Həmin gecə İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etmək. Hər kəs bu işi görsə bütün günahları təmizlənər və hacıların savabını əldə etmiş olar.
7) Bu gecə 2 rukət namaz qılmaq. Hər rukətdə həmddən sonra Ənam surəsini oxumaq. Hər kəs bu namazı qılsa Allah onu qorxduğu bütün dərdlərdən qoruyar.
Bu gecədə Covşən-kəbir duasını oxumaq yaxşı olar.
9) Bu gecədə Həcc duasını oxumaq yaxşı olar.

Birinci günün əməlləri:
1) Səhifeyi-Səccadiyyədə olan 44-cü duanı oxumaq
2) Ayın əvvəlinə aid olan 2 rukətli namazı qılmaq və sədəqə vermək.

Ramazan ayının günlərinin duaları:


1-ci günün duası:
1-“Əllahumməcəl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaimin və nəbbihni fihi ən nəvmətil-ğafilin və həb li curmi fih, ya ilahəl-aləmin, vəfu ənni ya afiyən ənil-mucrimin.”
İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et və bu günkü gündə məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
2-ci günün duası:
2-“Əllahummə qərribn fihi ila mərzatik və cənnibn fihi min səxətikə və nəqimatik və vəffiqni fihi liqiraəti ayatik, birəhmətikə ya ərhəmər-rahimin.”
İlahi, məni bu gün razı olduğun əməllərə yaxın et və bu gün məni Öz qəzəbindən uzaqlaşdır. Belə bir gündə məni kitabın sayılan Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin rəhmlisi!
3-cü günün duası:
3-“Əllahummərzuqni fihiz-zihnə vət-tənbih və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl-əcvədin.”
İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin səxavətlisi!
4-cü günün duası:
4-“Əllahummə qəvvini fihi əla iqaməti əmrik və əziqni fihi həlavətə zikrik və əvzini fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin.”
İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükr etməyə hazır et. Məni öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin bəsirətlisi!
5-ci günün duası:
5-“Əllahumməcəlni fihi minəl-mustəğfirin, vəcəlni fihi min ibadikəs-salihinəl-qanitin, vəcəlni fihi min ovliyaikəl-muqərrəbin, birəfətikə ya ərhəmər-rahimin.”
İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver. Məni dostların sayılan saleh bəndələrindən qərar ver. İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin mərhəmətlisi!
6-cı günün duası:
6-“Əllahummə la təxzulni fihi litəərruzi məsiyətik və la təzribn bisiyati nəqimətik və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.”
İlahi, məni bu gün Sənin sözündən çıxıb, günah etməklə xar və zəlil etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətin ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu!
7-ci günün duası:
7-“Əllahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibn fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitovfiqikə ya hadiyəl-muzillin.”
İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməlləri etməkdə kömək ol. Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yol göstərən!
8-ci günün duası:
8-“Əllahummərzuqni fihi rəhmətəl-əytam və itamət-təam və ifşaəs-səlam və suhbətəl-kiram, bitovlikə ya məlcəəl-amilin.”
İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənlərdən qərar ver. Məni öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı!
9-cu günün duası:
9-“Əllahumməcəl li fihi nəsibən min rəhmətikəl-vasiəh, vəhdini fihi libərahinikəs-satiəh və xuz binasiyəti ila mərzatikəl-camiəh, biməhəbbətikə ya əmələl-muştaqin.”
İlahi, mənə bu gün Öz geniş və vüsətli rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et. Məni öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu!
10-cu günün duası:
10-“Əllahumməcəlni fihi minəl-mutəvəkkilinə ələyk, vəcəlni fihi minəl-faizinə lədəyk, vəcəlni fihi minəl-muqərrəbinə iləyk, bi-ihsanikə ya ğayətət-talibin.”
İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Belə bir gündə Sənin hüzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et. məni öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi!
11-ci günün duası:
11-“Əllahummə həbbib iləyyə fihil-ihsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səxətə vən-niyran, biovnikə ya ğiyasəl-mustəğisin.”
İlahi, bu gün məni yaxşı əməllər etməyə həvəsləndir. Belə bir gündə, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat. Mənə qəzəb və cəhənnəm atəşini haram et. Ey pənahsızların ən ulu pənahı!
12-ci günün duası:
12-“Əllahummə zəyyinni fihi bis-sətri vəl-əfaf, vəsturni fihi bilibasil-qunui vəl-kəfaf, vəhmilni fihi ələl-ədli vəl-insaf və aminni fihi min kulli ma əxaf, bi-ismətikə ya ismətəl-xaifin.”
İlahi, məni bu gün günahdan qorunub, iffətli olmaqla zinətləndir. Mənə kifayət edən halal mal ver və qənaət libasını mənə geydir. Məni belə bir gündə ədalət və insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Ey qorxanların ismət və qoruyanı!
13-cü günün duası:
13-“Əllahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və suhbətil-əbrar, bi-əvnikə ya qurrətə əynil-məsakin.”
İlahi, məni bu gün çirkin əməl və pis işlərdən pak et. Belə bir gündə qarşımıza çıxan hər bir asan və çətin işə qarşı səbr və dözüm ver. Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey yoxsulların gözünün işığı!
14-cü günün duası:
14-“Əllahummə la tuaxizni fihi bil-əsərat və əqilni fihi minəl-xətaya vəl-həfəvat və la təcəlni fihi ərəzən lil-bəlaya vəl-afat, bi-izzətikə ya izzəl-muslimin.”
İlahi, bu gün məni düzgün əməllərdə çaşıb, səhv etdiyim işlərdə məzəmmət etmə. Belə bir gündə Səndən üzr diləyib, etdiyim xəta və günahlara qarşı məni bağışla. Öz qüdrətinlə məni bəlalara hədəf qərar vermə. Ey müsəlmanların əzəmət və izzəti!
15-ci günün duası:
15-“Əllahummərzuqni fihi taətəl-xaşiin, vəşrəh fihi sədri bi-inabətil-muxbitin, bi-əmanikə ya əmanəl-xaifin.”
İlahi, bu gün məni Sənə həqiqi təzim edib ulu sayılanlar kimi itaət etməyə müvəffəq et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi işıqlandır. Ey qorxanlara aman verən!
16-cı günün duası:
16-“Əllahummə vəffiqni fihi limuvafəqətil-əbrar və cənnibn fihi murafəqətil-əşrar və avini fihi birəhmətikə ila daril-qərar, bi-ilahiyyətikə ya ilahəl-aləmin.”
İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Belə bir gündə məni pis insanlardan uzaqlaşdır. Səni Allahlığına and verirəm, Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Ey aləmləri yaradan!
17-ci günün duası:
17-“Əllahumməhdini fihi lisalihil-əmal, vəqzi li fihil-həvaicə vəl-amal, ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya alimən bima fi suduril-aləmin, səlli əla Muhəmmədin və alihit-tahirin.”
İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Belə bir gündə mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey izahlara ehtiyacı olmayan Allah! Ey hamının qəlbində olanları bilən, salamın olsun Muhəmməd və onun pak əhli-beytinə!
18-ci günün duası:
18-“Əllahummə nəbbihni fihi libərəkati əsharih və nəvvir fihi qəlbi biziyai ənvarih və xuz bikulli əzai iləttibai asarih, binurikə ya munəvvirə qulubil-arifin.”
İlahi, bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür. Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Ey qəlbləri nurlandıran Allah!
19-ci günün duası:
19-“Əllahummə vəffir fihi həzzi min bərəkatih və səhhil səbili ila xəyratih və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl-həqqil-mubin.”
İlahi, amazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Bu ayda olan yaxşı əməllərin qəbul olmasından məni məhrum etmə. Ey açıq-aşkar haqqın tərəfinə yol göstərən!
20-ci günün duası:
20-“Əllahumməftəh li fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil-Quran, ya munziləs-səkinəti fi qulubil-muminin.”
İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Belə bir gündə məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərini sakitləşdirib, aram edən!
21-ci günün duası:
21-“Əllahumməcəl li fihi ila mərzatikə dəlila və la təcəl lişşəytani fihi ələyyə səbila, vəcəlil-cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicit-talibin.”
İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Belə bir gündə şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!
22-ci günün duası:
22-“Əllahumməftəh li fihi əbvabə fəzlik və ənzil ələyyə fihi bərəkatik və vəffiqni fihi limucibati mərzatik və əskinni fihi buhbuhati cənnatik, ya mucibə dəvətil-muztərrin.”
İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni belə bir gündə Sənin razılığın olan əməlləri etməyə müvəffəq et. Məni Öz Cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!
23-cü günün duası:
"Əllahum-məğsilni fihi min-əz-zunubi və tahhirni fihi minəl uyubi vəmtəhin qəlbi fihi bitəqvəl-qulubi ya muqilə əsəratil muznibin"
İlahi, bu gün mənim günahlarımı təmizləyib, çirkin və eyibli işlərdən pak et. Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et. Ey günahkarların tövbəsini qəbul edən!
24-cü günün duası
"Əllahummə inni əsəlukə fihi ma yurzikə və əuzu bikə mimma yuzikə və əs`əlukət-təvfiqə fihi li ən utiəkə və la əsiyəkə ya cəvadəs-sailin"
İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbə gətirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, belə bir gündə məni, Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən. Ey hacəti olanlara səxavət və kərəm edən Allah!
25-ci günün duası:
"Əllahumməcəlni fihi muhibbən li əvliyaikə və muadiyən liədaikə mustənnən bisunnəti xatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin"
İlahi, məni bu gün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver. Məni sonuncu peyğəmbərin din və şəriətini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver. Ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqdan qoruyan Allah!
26-cı günün duası:
"Əllahumməcəl sə`yi fihi məşkurən və zənbi fihi məgfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsmə`əs sami`in"
İlahi, bu gün mənim səyimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən gözəl eşidəni!
27-ci günün duası:
"Əllahummərzuqni fihi fəzlə ləylətil qədri və səyyir fihi umuri minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizra ya raufən bi ibadihis-salihin"
İlahi, bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et. Belə bir gündə mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et. Mənim günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!
28-ci günün duası:
"Əllahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi bi ihzaril-məsaili və qərrib fihi vəsiləti iləykə min bəynil vəsaili. Ya mən la yəşğəluhu ilhahul mulihhin"
İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məsuliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
29-cu günün duası:
“Əllahummə ğəşşini fihi birrəhməh, vərzuqni fihit-tovfiqə vəl-isməh və təhhir qəlbi min ğəyahibit-tuhəməh, ya rəhimən bi-ibadihil-muminin.”
İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et. Ey mömin bəndələrinə rəhm edən Allah!
30-cu günün duası:
“Əllahumməcəl siyami fihi biş-şukri vəl-qəbuli əla ma tərzahu və yərzahur-Rəsul, muhkəmətən furuuhu bil-usul, bihəqqi səyyidina Muhəmmədin və alihit-tahirin, vəl-həmdu lillahi Rəbbil-aləmin.”
İlahi, Səni and verirəm ağamız olan Həzrət Muhəmməd (s) və onun pak Əhli-Beytinə. Bu ayda mənim orucumu Özün və Sənin peyğəmbərin razı olduğu kimi mükafatlandırıb qəbul et. Bu ayda Sənin istədiyin və müstəhəb əməllərimi, orucun vasitəsilə qiymətləndir!


RAMAZAN AYININ GECƏLƏRİNDƏ QILINMASI MÜSTƏHƏB OLAN NAMAZLAR


1-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 15 İxlas)
2-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr)
3-cü gün - 10 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas)
4-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr
5-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas)
6-cı gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk)
7-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd,13 Qədr)
8-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas və namazdan sonra min dəfə "Subhənəllah")
9-cu gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 7 Ayətəlkürsü və namazdan sonra 50 dəfə salavat)
10-cu gün - 20 rukət (Hər rukətdə 1 Həmd, 30 ixlas)
11-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 20 Kovsər)
12-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 30 Qədr)
13-cü gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 25 İxlas)
14-cü gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 30 Zəlzələ)
15-ci gün - 4 rukət (1-ci rukətdə 1 Həmd, 100 İxlas, 2-ci rukətdə 1 Həmd, 50 İxlas)
16-cı gün- 12 rukət (Hər rukətdə 1 Həmd, 12 Təkasur)
17-ci gün- 2 rukət (1-ci rukətdə 1 Həmd, 1 İxlas, 2-ci rukətdə 1 Həmd, 100 İxlas)
18-ci gün- 4 rukət (Hər rukətdə 1 Həmd, 25 kovsər)
19-cu gün - 50 rukət (Hər rukətdə 1 Həmd, 1 Zəlzələ)
20-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
21-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
22-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
23-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
24-cü gün- 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
25-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas)
26-cı gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 100 İxlas)
27-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk. 28 İxlas da oxuna bilər))
28-ci gün - 6 rukət (Hər rukətdə 1 Həmd, 100 Ayətəlkursi, 100 İxlas, 100 Kovsər və namazdan sonra 100 dəfə salavat)
29-cu gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas)
30-cu gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas və namazdan sonra 100 dəfə salavat.
www.islamaz.com
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!




Bu sayfa hakkındaki son yorum:
Yorumu gönderen: Ayka Aliyeva( zehra_ashiqi833mail.ru ), 10.07.2013, 04:18 (UTC):
Allah Razi Olsun,.. kop etdim ouyacam,..Halal edersin In sh Alla,..

Yorumu gönderen: fariza( ), 10.07.2013, 14:00 (UTC):
ALLAH razi olsun AMIN

Yorumu gönderen: Samire( ), 13.07.2013, 07:58 (UTC):
Allah razi olsun...

Yorumu gönderen: suleyman( orxan85_005mail.ru ), 17.07.2013, 05:33 (UTC):
Allah razi olsun

Yorumu gönderen: ali( eli_999mail.ru ), 19.07.2013, 15:29 (UTC):
allah razi olsun allah butun muselmanlari namaz gan oruc tutanlardan garar versin inshallah

Yorumu gönderen: Nermin( ), 17.06.2014, 11:49 (UTC):
Allah razi olsun kop etdim halal edersen insallah

Yorumu gönderen: ELBEY( elbeymailru ), 02.07.2014, 02:40 (UTC):
Allah razi olsun. Burada Ramazan ayi ile bagli bilmediyim melumatlari oyrendim. Tesekkurler.

Yorumu gönderen: rahim( necefov_91mail.ru ), 16.06.2015, 10:06 (UTC):
allah axiret ve aqibetimizi xeyir etsin insallah

Yorumu gönderen: Vly( vly.cvdvmail.ru ), 17.06.2015, 10:28 (UTC):
ALLAH RAZI OLSUN...TUTULAN BUTUN ORUCLARI ALLAH QEBUL ETSIN

Yorumu gönderen: mehman( mehma-501 ), 05.07.2015, 08:34 (UTC):
allah razi olsun

Yorumu gönderen: Ramil( 17875716655.163mail.com ), 26.05.2017, 15:32 (UTC):
Allah razi olsun sizden



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
E-mail adresiniz:
Mesajın:
 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=