ŞİƏ ƏHLİ
  Hikmetli Nesihetler
 
Hikmətli Nəsihətlər
Belə nəql edirlər ki, bir şəxs imam Hüseyn (a.s.) xidmətinə gəlib həzrətə belə ərz etdi: 
Ey peyğəmbərin övladı! Mən bir günahkar şəxsəm və edə bilmirəm günahlarımın qarşısını alım. Mənə nəsihət et!
Həzrət o şəxsə belə buyurb:
Diqqətlə qulaq as, bu beş cür işi yerinə yetirəndən sonra hansı günahı istəyirsən əncam ver.
1. ALLAHın nemətlərindən istifadə etmə. Sonra hansı günahı istəyirsən əncam ver.
2. ALLAHın vilayət və hökumətindən xaric ol. Sonra hansı günahı istəyirsən əncam ver.
3. Elə yer tap ki, ALLAH səni görməsin. Sonra hansı günahı isəyirsın əncam ver.
4. Ölüm mələyi sənin sorağına gəlib sənin ruhunu bədənindən çıxaranda onu özündən uzaqlaşdır. Sonra hansı günahı istəyirsən əncam ver.
5. Cəhənnəmin sahibi səni cəhənnəmə aparanda cəhənnəmə daxil olma. Sonra hansı günahı istəyirsən əncam ver.

Belə yazırlar ki, bir gün Məlik şah öz adamları ilə ova çıxmışdı. Onun nökərləri çöllükdə bir heyvanla rastlaşırlar. Elə o dəm tutub onu kəsib-bişirib, yeyirlər. Bu heyvan da bir qoca qadının imiş ki, üç yetim balasını onun südü ilə saxlayırmış.
Qarı xəbəri eşidib gəlir Məlik şahın keçdiyi körpünün üstündə əyləşir. Elə ki, görür şah gəlir, oturduğu yerdən durub şaha belə deyir:
- Ey Alp Ərslanın oğlu, mənim şikayətimə bu körpü üstündə baxırsan ya qiyamət körpüsündə. Hansına razısan?
Məlik şah cavab verir ki, bu körpü üstündə. Yoxsa sənin istəyinə qiyamət günü cavab
verməyə taqətim olmaz. Denən nə istəyirsən?
- Bir heyvanım var idi, sənin tərbiyyət etdiyin nökərlərin onu kəsib yeyiblər. Şah əmr verir ki, onları tapıb cəzalandırsınlar. Bu qadına da yüz heyvan versinlər. Məlik şah qarının rizayətin biləndən sonra çıxıb gedir.
Məlik şah öləndən sonra o, qarı gəlib üzünü onun qəbrinə qoyub ALLAHa dua edir.
- Ey İlahi! Alp Ərslanın oğlu öz alçaqlığı ilə mənim barəmdə ədalətli iş görüb. Səxavət göstərdi. Ey ALLAH! Sən kömək edənlərin kömək edəni, Rəhm edənlərin rəhm edənisən, əgər bunun bir günahı var, öz kərəminə görə onu bağışla.
Bir gün Məlik şahı yuxuda görüb halın soruşurlar. Cavab verir: qoca qarının ki, körpü üstündə harayına yetişdim. Duası olmasaydı mənə nicat yolu olmazdı.

Dinlə bir nəsihət söyləyirəm mən
Kim tikan əkibsə, dərməz yasəmən
(Sədi)

istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!

 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol