ŞİƏ ƏHLİ
  Peygember (S.A.V.V.)-in umumi deveti
 
Peyğəmbər (s.a.v.v) -in Ümumi dəvəti
Həzrət Mühəmməd (s)peyğəmbər seçildikdən 3 il sonra qohum-əqrəbasını İslama dəvət etməklə ümumi dəvətə başlayır. Bu vaxta qədər o artıq kiçik bir dəstəni haqq yola hidayət edə bilmişdi. İndi isə öz dəvətini açıq şəkildə həyata keçirməli idi. Bir gün Səfa dağına qalxıb uca səslə “ya səbahə!” deyə camaatı səsləyir. (Xatırladaq ki, bu ifadəni ərəblər təhlükə zamanı işlədilir). Peyğəmbərin (s) çağırışı camaatın diqqətini cəlb edir. Qüreyşin müxtəlif qəbilələrindən adamlar dəstə-dəstə onun yanına tələsirlər. Camaat toplaşdıqdan sonra Peyğəmbər (s) üzünü onlara tutub buyurur: “Camaat dağın arxasında düşmən dayanıb sizə hücuma hazırlaşdığını desəm, mənə inanarsınızmı? Hamı bir ağızdan dedi ki, bəli, inanarıq. Çünkü ömür boyu səndən yalan görməmişik. Həzrət buyurdu: “Ey Qüreyş camaatı özünüzü oddan xilas edin! Mən Allah qarşısında sizin üçün heç bir iş görə bilmərəm. Sizi acınacaqlı əzabdan çəkindirərəm. Mən düşməni uzaqdan görüb bu barədə öz qövmünə xəbər verən gözətçiyə bənzəyirəm.”
O vaxta qədər Peyğəmbərin (s) dəvətindən az-çox xəbərdar olan qüreyşlilər bu dəfə daha çox qorxuya qorxuya düşdülər. Hamı sükut içərisində dayanmışdı. Bu vaxt Əbu Ləhəb sükutu pozub dilləndi: “Vay olsun sənə! Bizi elə bundan ötrü bura yığmışdın?” Beləliklə də, camaat yavaş-yavaş dağılışmağa başladı.
3w.Ceferiler.com
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!




Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: cosqun( cosqun-nuriyevlive.ru ), 11.09.2012, 20:02 (UTC):
ALLAHIN SALAMI OLSUN SIZLERE

Yorumu gönderen: soltan( soltan sumqayit ), 23.02.2013, 20:12 (UTC):
menim adim soltandir men islamdan daha cox oygenmek isteyirem mene yardim edersiz sizden cox xaiw edirem lutven yardim edin

Yorumu gönderen: Ramin( Ramindiniyomail.ru ), 17.07.2013, 01:13 (UTC):
Ehsen Saq olun

Yorumu gönderen: baba( baba.h_201mail.ru ), 30.07.2015, 00:04 (UTC):
eziz qardashlar sizden xaish ediram kim bilirse desin ceferiler.com saytini niye baxliyiblar artiq derecede xaish edirem kim bilirse desin



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
E-mail adresiniz:
Mesajın:
 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=