ŞİƏ ƏHLİ
  Kerbelada caxan bir shimsek
 

)N$O@O#$R%_^P&A(G*E!   1


GİRİŞ
Əziz oxucular! Qarşınızda olan bu kitab görkəmli filosof doktor Misbah Yəzdinin Aşura hadisəsi barədə söylədiyi çıxışlardan hazırlanmışdır. Kitabda tarixin ən faciəli və eyni zamanda ən ibrətamiz və şanlı səhifələrindən biri olan Kərbəla qiyamı müxtəlif yönlərdən araşdırılmış, bu hadisə ilə bağlı irəli sürülən şübhə və suallara cavab verilmişdir. Uzun illər boyu bizim ölkəmizdə də Aşura ilə bağlı Məhərrəmlik mərasiminin keçirilməsini, bu tədbirə xalqımızın kütləvi şəkildə, yüksək rəğbət və hüznlə yanaşmasını nəzərə alaraq, onun mahiyyətinin açıqlanmasını, ictimai-siyasi, mənəvi və fikri baxımdan göstərdiyi dərin təsirlərin aydınlaşdırılmasını zəruri hesab edərək bu kitabı azərbaycan dilinə çevirib çapa hazırladıq.

           

)N$O@O#$R%_^P&A(G*E!   1Son illərdə bütün milli-mənəvi, dini-əqidəvi dəyərlərimiz amansız düşmənlər tərəfindən məqsədyönlü şəkildə dağıdılır; belə bir şəraitdə bu tədbirə qarşı da laqeyid yanaşılmır, hər gün yeni-yeni şübhələr yaymaqla bu misilsiz xalq hərəkatına qarşı da təxribatçılıq işləri aparılır. Əlbəttə, ölkəmizdə yuva qurmuş düşmənlərin, onların siyasətlərini canla-başla həyata keçirən öz xain muzdurlarımızın narahatlığını başa düşmək çətin deyildir. Milyonların qəlbindən, ruhundan süzülüb gələn bir məhəbbətin, bu hisslərdən doğan ümumxalq hərəkatının təbiiliyindən, coşğunluğundan və hərarətindən düşmənlərimiz nəinki qorxmalı və hətta kökslərində məkr və hiylə ilə döyünən ürəkləri belə partlamalıdır...

)N$O@O#$R%_^P&A(G*E!   1Sapı özümüzdən olan baltalara tam səmimiyyətlə bir açıqlama:

)N$O@O#$R%_^P&A(G*E!   1Qəlbinin və vücudunun meyvəsi olan əziz cavanını əlindən verən bir valideyn bir neçə ildən sonra bu hadisəyə soyuqqanlıqla yanaşdığı bir halda, üstündün 1400 il keçmiş bir hadisənin ildönümü yaxınlaşanda ölkə təlatümə gəlir, yüz minləri, hətta milyonları əhatə edən bir hərəkat yaranır.

)N$O@O#$R%_^P&A(G*E!   1Bu barədə nə düşünürsünüz?!

Doğrudanmı bu adi bir hadisədir?! Görəsən bunu özgə bir şeylə əvəz etmək mümkündürmü?!

)N$O@O#$R%_^P&A(G*E!   2Müxtəlif biçimli təşkilatlar qurub, bu mərasimə qarşı “qununi mexanizm” hazırlayan məmurlara:

)N$O@O#$R%_^P&A(G*E!   2Sizin özünüzün də mirası olduğunuz mənfur kommunist rejimi 70 il gecə-gündüz bu məqsəd yolunda çalışdı; minlərlə günahsız insanın qanını tökdü; dünyanı lərzəyə gətirəcək topu-tüfəngi ilə hər cinayətə əl atdı. Amma bu xalqın dinini əlindən ala bilmədi; onları İmam Hüseyndən ayırmağı bacarmadı. Nəticədə özü məhv olub, tarixin zibilliklərinə atıldı. İbrət götürün, fikirləşin! Onlar məhv olub aradan getdi, amma bu xalqın adət-ənənələri, əqidə və mənəviyyatı yaşadı! Unutmayın ki, xalqın qəzəbi Allahın qəzəbi kimidir, coşdusa, onu heç bir qüvvə yatıra bilməz!

)N$O@O#$R%_^P&A(G*E!   2Sözümüzü bir neçə qeydlə sona yetiririk:

)N$O@O#$R%_^P&A(G*E!   2Əvvəldə qeyd etdiyim kimi, bu kitab müəllifin öz qələmi ilə yazdığı bir əsər deyildir və onun çıxışlarının lent yazılarından köçürülmüşdür. Orjinallığı saxlamaq üçün onun mətninə əl vurulmamış, ədəbi və bədii cəhətdən redaktə olunmamışdır. Yəqin ki, əziz oxucular qələmlə yazılmış bir əsərlə, şifahi nitq və danışıq əsasında hazırlanmış kitabın hədsiz dərəcədə fərqli olduğunu başa düşər və qarşılaşdıqları bəzi ifadə və cümlələrin zəifliyinə məhz bu cəhətdən yanaşarlar.

)N$O@O#$R%_^P&A(G*E!   2Bu çıxışlar İran İslam Respublikasında keçirilən mərasimlərdə söylənmiş və oranın ictimai mühiti üçün nəzərdə tutulmuşdur. Buna görə də mümkündür ki, bəzi məsələlər kimlər üçünsə anlaşılmaz görünsün.

)N$O@O#$R%_^P&A(G*E!   2Sonda hamınızı bağışlayan və mehriban Rəbbimizə tapşırır, xalqımıza İmam Hüseynin (ə) həqiqi ardıcılı olmaq, bütün çətinliklərini o həzrət kimi fədakarcasına həll etmək müvəffəqiyyəti arzulayıram.

)N$O@O#$R%_^P&A(G*E!   1)N$O@O#$R%_^P&A(G*E! )N$O@O#$R%_^P&A(G*E!   8AŞURA MƏSƏLƏSİ ƏTRAFINDA YARANMIŞ ŞÜBHƏLƏR (1)

 

)N$O@O#$R%_^P&A(G*E!  24)N$O@O#$R%_^P&A(G*E!   81. Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?

)N$O@O#$R%_^P&A(G*E!   82. Nə üçün Kərbəla faciəsini elmi seminarlar və konfranslar keçirib yad etməklə kifayətlənmirik?

)N$O@O#$R%_^P&A(G*E!   83. Aşura hadisəsi nəyə görə əzadarlıq mərasimi keçirməklə yad edilməlidir?

)N$O@O#$R%_^P&A(G*E!   84. İmam Hüseynin (ə) düşmənləri nə üçün lənətlənməlidirlər?

)N$O@O#$R%_^P&A(G*E!   8

 
 
 

Bismillahir-rəhmanir-rəhim

)N$O@O#$R%_^P&A(G*E!   8Şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.c.) həzrətlərinə, əziz rəhbərimizə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah-taala bizləri dünyada imam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!

)N$O@O#$R%_^P&A(G*E!   8Bu günlər Aşura hadisəsi, eləcə də imam Hüseyn (ə) məktəbi haqda bilik və məlumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək.

)N$O@O#$R%_^P&A(G*E!   8Ümid edirik, bu kimi araşdırmalarla imam Hüseyn (ə) və onun böyük qiyamı haqda məlumatlarımızı artıraq, gənclərin mühüm tarixi hadisələrlə tanışlıq səviyyəsini genişləndirək və bu mərifət dəryasına baş vurmaqla həm dünyamız, həm də axirətimiz üçün faydalı nəticələr əldə edək. İnşallah!

)N$O@O#$R%_^P&A(G*E!   8Məlum məsələdir ki, fikri inkişaf dövrünə yenicə qədəm qoymuş bir gənc, ətrafında baş verən ictimai məsələləri dərk etmək, onların səbəblərini öyrənmək və bu məsələlər barədə aydın təhlil aparıb, düzgün nəticələr əldə etmək istəyir. Yeniyetmələr Məhərrəm ayında hər yerdə məclislər təşkil olunduğunu, əhalinin qara paltarlar geyindiyini, qara bayraqların dalğalandığı və insanların dəstə-dəstə yığışıb əzadarlıq etdiyini müşahidə edirlər. Sinə döyən kim, zəncir vuran kim, dizinə vurub ağlayan kim... O başqa günlərdə, eləcə də digər cəmiyyətlərdə buna bənzər hadisələrin şahidi olmadığından, təbii olaraq, bəzi suallarla rastlaşır: Görəsən bu mərasim hansı məqsədlə keçirilir? Nəyə görə insanlar qara paltar geyinməli və bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər? Bu qədər göz yaşı axıtmaq nəyə lazımdır? və s.

)N$O@O#$R%_^P&A(G*E!   9Gənclərin və yeniyetmələrin verdiyi bu kimi suallar adətən belə cavablandırılır: Şəhidlər sərvəri imam Hüseyn (ə) Allah yolunda, İslami dəyərlər uğrunda şəhid olmuşdur; bu səbəbdən də biz onun xatirəsini yad edib, göz yaşı axıtmalıyıq; imam Hüseynə (ə) matəm saxlamağın savabı vardır; o həzrət bu əzadarlıqların əvəzində Qiyamət günü bizə şəfaət edəcəkdir və s.

)N$O@O#$R%_^P&A(G*E!   9Bir anlığa özümüzü yeniyetmə fərz etsək, qarşılaşdığımız suallara verilən bu kimi bəsit cavablarla qane olmayacağıq.

)N$O@O#$R%_^P&A(G*E!   9Bu məsələ ətrafında qarşıya çıxan sualları ümumi şəkildə dörd hissəyə bölmək olar. Hər suala ayrı-ayrılıqda cavab verməklə, əziz gənclərimizi Aşura mərasimi ilə daha yaxından tanış etmək, onların bu mühüm məsələ barədə olan məlumatlarını artırmaq və bu hərəkat haqda baxışlarını aydınlaşdırmağa çalışacağıq.

 

)N$O@O#$R%_^P&A(G*E!   9GÖRƏSƏN NƏYƏ GÖRƏ MƏHƏRRƏMLİYİ ƏZİZ TUTMALIYIQ?

)N$O@O#$R%_^P&A(G*E!   9Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?

)N$O@O#$R%_^P&A(G*E!   9Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Məlum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.

)N$O@O#$R%_^P&A(G*E!  10Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu iş bütün insanların xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub, “haqqı tanımaq hissi”nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda təsirli olubsa, digər təsirli amillər də ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.

)N$O@O#$R%_^P&A(G*E!  10Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır.

Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən bəzi hadisələrin yenidən dirçəldilməsi tam mənada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük təsir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər üçün bir o qədər faydalı və təsirli ola bilər.

 

)N$O@O#$R%_^P&A(G*E!  10)N$O@O#$R%_^P&A(G*E!  11

 

Bu mövzu Haqq yolu kitabxanasindan götürülmüşdür.

Hazırladı:Asif

Suriya,Dəməşq şəhəri,Seyyidə Zeynəb(s.ə) qəsəbəsi.)N$O@O#$R%_^P&A(G*E!   9

 

 

   
 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol