ŞİƏ ƏHLİ
  Hz.Muhemmedin (S.A.A.)-in cox evliliyinin sebebi
 
Hz.Muhammədin (s.a.a.) Çoxevliliyinin Səbəbi
Həzrət Muhəmmədin (s.a.a.) bir yox, bir neçə qadınla evlənməsi, bir sıra ictimai-siyasi çətinliklərin həlli məqsədini daşımışdır. Həzrət öz peyğəmbərliyini elan etdiyi zaman tək-tənha idi və onun risalətinə çox az adam iman gətirmişdi. Təbii ki, xürafatın hakim olduğu həmin cəmiyyətdə əksər qəbilələr onun risalətinə müxalif mövqedə dayanmışdılar. Həzrət Peyğəmbər (s.a.a.) düşmənin müqavimətini qırmaq üçün icazə verilmiş bütün yollardan istifadə edirdi.

Həzrət (s.a.a.) yalnız bir bakirə qızla ‒ Aişə ilə evlənmişdir. 25 yaşlı gənc, 40 yaşlı dul qadınla ‒ Xədicəylə (s.ə.) evlənmiş və 53 yaşınadək yalnız, bu qadınla nikahda olmuşdur. Öz dövrünün cahil adət-ənənələrini sındırmaq üçün dul Zeynəblə evlənən Peyğəmbər, bakirə qızlarla da ailə həyatı qura bilərdi.

Tarixçilər həzrət Məhəmmədin (s.a.a.) zövcəsi sayılan qadınların əksəriyyətinin onunla cinsi yaxınlıqda olmadığını bildirirlər. Hətta bəzi qəbilələr öz qızını Həzrətə nişanlamaqla kifayətlənmiş və bunu özləri üçün böyük fəxr hesab etmişlər. İkinci bir tərəfdən, sonsuz olmayan Peyğəmbərin (s) nə üçün az sayda övladı olmalı idi. Həmin dövrdə, adətən, övladla nəticələnən cinsi yaxınlıq, Həzrət (s.a.a.) üçün önəmli deyildi. Önəmli olan, bu izdivaclar vasitəsi ilə qəbilələri İslama gətirmək, cəmiyyətdə əlaqələri möhkəmlətmək idi.
www.IslamaDogru.biz
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol