ŞİƏ ƏHLİ
  Namazdan soyumaq niye?
 

Namazdan soyumaq niyə?


Şeytan insanı aldada bildikcə aldadar. Bizi pisliyə itələmək istəyər ki, bizi namazdan soyutsun.
İlk namaz nə qədər də şirin idi elə deyilmi? Ayrı bir həyəcan, ayrı bir xoşbəxtlik varıydı. Bir aydınlıq var idi. O dadı buraxıb namazdan soyumaq nə üçün?

Bu günə qədər qıldığımız namazlardan, ən azı bir dənəsi bizə çox şirin gəlmişdir. Namazımızı uzatdıqca uzatmışıq. O an dünyaları versələr, o anı heç bir şeyə dəyişməzdik. (ki namaz heç bir şeyə dəyişilməz)! Həmişə elə namaz qılmaq istəmişik. Yaxşı o günləri unudub namazdan soyumaq nə üçün?

 ALLAHı çox sevirik. Sevən sevdiyinin dediyini düşünmədən qəbul edər. İstəyərək, sevərək də Sevdiyinin dediyini edər. Heç bir tərəddüd yaşamadan. Yaxşı ən çox sevilən VARLIQ bizdən cəmi bir saat deyil, gün ərzində 5 defe namaz üçün, ən çox yarım saatımızı istəyirsə bunu niyə çox görürük? ALLAHa olan sevgimizi unudub namazdan soyumaq nə üçün?

Heç gördün? Ayağı olmayanları, ayağı olub da harama gedənləri, gözü olmayanları, gözü olub da harama baxanları, dili olmayanları, dili olub da haram danışanları, pulu olmayanları, pulu olub da haram yeyənləri və sairə... Bunlar üçün ALLAHa Şükür etməyimiz lazım deyil? Şükür etməyi unudub namazdan soyumaq nə üçün?

ALLAHım, bizi ixlasla namaza gələnlərdən və namaza qarşı soyumayanlardan et. AMİN!

İslamadogru.biz

 
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol