Bölmələr
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Mehdilik eqidesinde emele gelen qusurlar |
|
|
«Məhdilik» əqidəsində əmələ gələn qüsurlar
1. İntizar barəsində yanlış fikirlər. Qeyd etməliyik ki, zühurun intizarında olmaq ən qiymətli əməllərdən hesab olunur. Müntəzir insan Allah yolunda şəhid olan şəxs kimidir. Şəhadət sadə məqam deyildir, böyük cəsarət tələb edir. Şəhid can verir, müntəzir şəxs də gərək son ana kimi mübarizə etsin. İntizar yalnız quru fikir deyil, əməldir – şücaət istəyir! İntizar guşəneşinlik deyildir. Xəlvət guşələrdə zühura dua etmək müntəzir insanların vəzifələrindən yalnız biridir.
Bir qrup güman edir ki, fəsad və günah cəmiyyəti tamamilə bürüməlidir, çünki bu, zühurun tezləşməsinə səbəb olur. Onlar İmamın fəsad çoxaldığı zaman gələcəyin söyləyirlər. İntizar ibadətdir. Məgər günahla ibadət edilər?! Müntəzir şəxs bəndəlik vəzifələrinə əməl etməlidir. Biz vəzifələrin əncamına səhlənkar yanaşmamalıyıq. Mütaliə etsək görərik ki, imamımızın qeybə çəkilmə dövründə təqribən səksən vəzifəmiz vardır. Bunları göz ardına vurmaqla müntəzir olduğumuzu iddia etməyimiz nə dərəcədə düzgündrü?
2. Zühur dövrünü və İmam Zamanın (ə.c.) zühur vaxtı rəftarını necə təsəvvür edirik? Bə`ziləri İmamın hökumətini asıb-kəsmək rejimi güman edirlər və nəticədə zürurdan qorxurlar. Bilməliyik ki, o Həzrət Qur`anla gələcək yalnız güclə deyil! O Cənab çox mehribandır. Qur`anda buyurulmuşdur ki, O, bizə öz ata-anamızdan da yaxındır. İnsanlar Məhdini həqiqətən tanısaydılar ona aşiq olardılar. Doğrudan da o Cənabın təbliği sahəsində fəaliyyətlərin yetərsizliyi eyb gətiricidir.
3. Zühur vaxtının tə`yini. Zühura vaxt tə`yin etmək onu uzaq görənlərə aiddir. Biz inanırıq ki, zühur çox tez baş verə bilər. Elə isə ona vaxt tə`yin etməyə nə hacət?! Hər kəs zühur vaxtını söyləsə inkar etməliyik. Allah bu elmi qeyri-mə`suma həvalə etməz. Siz təsəvvür edinki, İmam Sadiq (ə) dövründə yüz yaşlı bir kişiyə zühuru görəcəyi barədə ümid verilir. Yaxud «əhd» duasını oxuyarkən görürük ki, mə`sum zühurun yaxın olacağını buyurur.
Lakin bütün bunlara baxmayaraq zühura dua etmək vəzifəmizdir. Tələsmək insanı həlak edər. Biz allahın əmrinə tabeyik, nəfsimizin həvəslərinə deyil. Tələsənlər İlahi əmrə itaəti yaddan çıxarmışlardır. Biz o qədər ki, Fatimə Yusifinə teşnə deyilik O Həzrət zuhuru təxirə düşəcək.
4. «Məhdilik» dünya görüşündə hiss-həyacana qapanma səhvdir. Məhdiliyi on beş şə`banda, İmamın təvəllüdü günündə evlərimizi çılçıraqla bəzəməyimiz və şənlənməyimizlə məhdudlaşdırmamalıyıq. Demirik ki, bunlar boş şeylərdir. Xeyir, hər şeyin öz yeri var və lazımlıdır. Lakin tənqidimiz dar görüşlü fikirlərədir. Necə deyərlər şüar şüurla bərabər olmalıdır. İmam Səccad (ə) buyurur: «Şeytan insana onu şəhvətə düçar etmək və şək-şübhəyə salmaq yoluyla nüfuz edir.»
5. İmam Zamana təvəssüldə qeyri-əqli görüşlər. Bə`ziləri arifnümalıq edərək İmamla görüş, şəxsi rabitə iddiaları edirlər. Yalandan müridbazlıq azarına düçar olmayaq. Heç kəs imamın canişiniyi iddiasını edə bilməz. Bilməliyik ki, İlahi sirlərə vaqif olanlar öz ağızlarını «möhürləmiş» insanlardır. Onlar ilahi əmanəti hər kəsə tapşırmazlar.
6. İmam Zamanla (ə.f.) bağlı məclislərimizdə qeyri-zəruri bəhslər tərk olunmalıdır. Görürsən ki, bə`ziləri İmamın məkanı ilə maraqlanır. Axı bunun nə faydası var?! Məgər İmam bizimlə birgə deyil?! Biz bu hədisi eşitmişik: Hər kəs zəmanın imamını tanımadan dünyadan köçərsə cahiliyyət dövründə ölmüş kimidir. Bu tanımaq, imamın məkanı, ailə sahibi olub-olmaması barədə mə`lumatlı olmaq demək deyildir. Bu, arxasınca bizi vəzifəyə əməl etməyə sövq edən və İmam Məhdi xəttində qərar verən bir agahlıqdır. Özümüzü İmamın vilayəti altında saxlamalıyıq, bu yolla irəliləməliyik, bu yolla yaşamalıyıq və bu yolda ölməliyik!
7. İmamı düzgün və yaxşı tanımalıyıq. Bizim İmam Zamanla (ə.f.) bağlı əqidəmiz elmimiz dayaz olarsa bunun bizə bir faydası olmayacaq. O həzrətin yalnız adını bilmək, adını çəkmək, «Ya İmam Zaman» demək kifayət deyil. Ona qalsa elə yəhudilər bizim Peyğəmbərimizi bir çox müsəlmanlardan da yaxşı tanıyırdılar. Bu agahlıq onlara nicat verdi?! Onlar müsəlman oldular?! Əlbəttə ki, yox!!!...
8. Hər şeyi möcüzəylə bağlamamlıyıq. Səhv fikirlərdən biri də budur ki, İmamın zühurunu sırf mö`cüzə bilək. Allah taalanın qoyduğu qayda-qanundan xaric olmaq insanı ciddi xətərlə üzbə-üz qoya bilər. Əgər fikirləşsək ki, İmamın dünyanı əhatə edəcək hökuməti mö`cüzəli şəkildə qurulacaq və daha bizim bir vəzifəmiz yoxdur, bu fikir çox qorxuludur. İmam Məhdi (ə.c.) hökuməti təbii surətdə və səhabələrinin köməyi ilə meydana çıxacaq. O Həzrətin bir çox işləri mübariz insanların köməyi sayəsində həyata keçəcək. Lakin bütün bunlarla yanaşı mö`cüzəli işləri də müstəsna bilməməliyik.
http://www.facebook.com/pages/Həzrəti-Məhdi-ə/181267371917894
|
|
|
|
|
|
|
|
|
|
|
|