ŞİƏ ƏHLİ
  Ceferi Teyyar namazi
 
Cəfəri Təyyar namazı
Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar namazının qılınma qaydası: Namaz dörd rükətdir, iki təşəhhüd və iki salamla qılınır (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə "Həmd" surəsindən sonra "Zəlzələ" surəsi, ikinci rükətdə "Həmd"dən sonra "Adiyat" surəsi, üçüncü rükətdə "Həmd"dən sonra "Nəsr" surəsi və dördüncü rükətdə isə "Həmd"dən sonra "İxlas" surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, "Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" zikrini (təsbihati ərbəəni) hər rükətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, birinci səcdədə 10 dəfə, birinci səcdədən qalxandan sonra 10 dəfə, ikinci səcdədə 10 dəfə, ikinci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır.

Şeyx Kuleyni (r.ə) Əbu Səid Mədainidən belə nəql edir: "Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: "Cəfərin namazında oxumaq üçün sənə bir şey öyrədimmi?" Dedim: "Bəli buyurun." Həzrət buyurdu: "Dörd rükətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de:
- Subhanə mən ləbisəl izzə vəl vəqar, subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy’in ilmuh, subhanə zil mənni vən niəm, subhanə zil qudrəti vəl kərəm, Əllahummə inni əsəlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, vəsmikəl ə’zəm, və kəlimatikət tə
mmatilləti təmmət sidqən və ədla, səlli əla Muhəmmədin və Əhli Bəytih, vəf’əl bi kəza və kəza.
* (Kəza və kəza kəlmələrinin yerinə öz hacətini dilə)

Şeyx və Seyid, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı belə gördüm. O, Cəfərin namazını qıldıqdan sonra əllərini göyə qaldırıb, bir nəfəs çatana qədər "Ya Rəbbi Ya Rəbbi", bir nəfəs çatana qədər "Ya Rəbbahu Ya Rəbbahu", bir nəfəs çatana qədər "Rəbbi Rəbbi", bir nəfəs çatana qədər "Ya Allahu Ya Allahu", bir nəfəs çatana qədər "Ya Həyyu Ya Həyyu", bir nəfəs çatana qədər "Ya Rəhimu Ya Rəhimu", bir nəfəs çatana qədər "Ya Rəhmanu Ya Rəhmanu" və yeddi dəfə "Ya Ərhəmər Rahimin" zikirlərini oxuyub belə dedi:
- Əllahummə inni əftətihul qəvlə bihəmdikə və əntiqu bis sənai ələyk, və uməccidukə və la ğayətə limədhik, və usni ələyk, və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, və ənna lixəliqətikə kunhu mə’rifəti məcdik, və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə əvvadən ələl muznibinə bihilmik, təxəlləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, cəvadən bifəzlik, əvvadən bikərəmik, ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram.

Sonra Həzrət buyurdu: "Ey Müfəzzəl, hər zaman işin çətinə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah Təalanın dərgahından hacətini dilə ki, inşaAllah hacətin rəva qılınacaq."

“Zəlzələ” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza zulzilətil ərzu zilzaləha 1. Və əxrəcətil ərzu əsqaləha 2. Və qaləl insanu ma ləha 3. Yəvməizin tuhəddisu əxbarəha 4. Biənnə rəbbəkə əvha ləha 5. Yəvməizin yəsdurun nasu əştatən liyurəv ə”maləhum 6. Fəmən yə”məl misqalə zərrətin xəyrən yərəh 7. Və mən yə”məl misqalə zərrətin şərrən yərəh 8.

“Adiyat” surəsi
Bismillahir Rəhmanir Rəhim
Vəl adiyati zəbha 1. Fəl-muriyati qədha 2. Fəl-muğirati subha 3. Fəəsərnə bihi nəq”a 4. Fəvəsətnə bihi cəm”a 5. İnnəl insanə lirəbbihi ləkənud 6. Və innəhu əla zalikə ləşəhid 7. Və innəhu lihubbil xəyri ləşədid 8. Əfəla yə”ləmu iza bu”sirə ma fil qubur 9. Və hussilə ma fis sudur 10. İnnə rəbbəhum yəvməizin ləxəbir 11.

“Nəsr” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3.

Məfatihul-Cinan (Külliyyat)
www.IslamaDogru.biz
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
 Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol