Bölmələr
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Islamin novruz bayramina munasibeti |
|
|
|
İslamın Novruz bayramına münasibəti
|
Novruz bayramı elə geniş bir coğrafi ərazini əhatə edir ki, onun hansı xalqa mənsub olduğunu və hansı tarixdə yarandığını qətiyyətlə söyləmək bir qədər çətindir. Amma ehtimal etmək olar ki, onun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsilə bağlıdır.
Bəzi görkəmli alimlər Novruz bayramının Babilistanda, eradan əvvəl 3-cü minillikdə keçirildiyini xəbər verirlər. Təxminən həmin dövrdən Azərbaycan ərazisində də bu bayramın mövcud olduğu ehtimalı ortaya çıxır.
Qurani-Kərimdə Novruz və İslam bayramlarına işarə olunmasa da, İslam rəvayətlərindən bəzisində bayram ünvanı ilə qeyd olunmuş mühüm günlər təriflənmiş və ona hörmət edilməsi qeyd edilmişdir. Bayram sözünə Qurani-Kərimdə yalnız bir dəfə, Maidə surəsinin 114-cü ayəsində, rast gəlirik: Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir süfrə nazil et ki, o bizim üçün həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
Bayram xeyir və bərəkət günüdür və müqəddəs İslam şəriətində Qurban və Fitr günləri bayram adlandırılmışdır. Qurban və Fitrdən əlavə cümə və Qədir-xum günləri də İslam hədislərində bayram ünvanı ilə qeyd olunmuş ən mühüm günlərdir və bu günlərin hər birinin özünə məxsus müştərək və xüsusi mərasimləri vardır.
Şeyx Qumi «Məfatihul-cinan» kitabında Novruz bayramı gününün mərasimlərini və ona aid olan duaları zikr edib. Həmçinin, «Misbahul-mutəhəccid», «Vəsailuş-şiə», «Biharul-ənvar»da Novruzun ədəb və qaydaları yad edilmişdir. Habelə, «Əl-kafi», «Mən la yəhzuruhul-fəqih» və «Dəaimul-islam» kitablarında da Novruzu dolayısı yollarla dəstəkləyən rəvayətlər nəql olunmuşdur. Bunlardan əlavə Novruzun üstünlükləri haqda bir çox kitablar nəşr olunub və bəziləri isə əlyazma olaraq qalmaqdadır.
«İslam dini Novruz bayramını təsdiq edirmi?» - sualı çox insanları düşündürür. Dinin məqsədi bəşəri dəyərləri ali məqama çatdırmaqdır. İslam dini bəşəri bir dindir və bütün insanları özünə cəlb edir. İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb. Yalnız batil ənənələrə qarşı çıxıb və insanın fitrəti ilə əks olan şeyləri aradan götürüb, milli adət-ənənələrin cəmiyyət üçün xeyir və savabı varsa və fəsadı yoxdursa, İslam dini onu qəbul edir. Belə qədim adət-ənənələrdən biri də «Novruz»dur.
Görəsən, İslam dini tərəfindən «Novruz» bayramını rədd və təsdiq edən bir əmr varmı?
Novruz hədislərdə
Novruz barəsində fikirlər iki qismə ayrılır: bir qrup alim Novruzu alqışlayır və müdafiə edir, digər bir dəstə Novruza qarşı çıxır və onu tənqid edirlər.
Novruzu təsdiq edən hədislər
1. Koleyni (329 h.q) «Əl-kafi»-də belə rəvayət edir: İbrahim Kərəxi deyir: İmam Sadiq (ə)-dan soruşdum: Mehreqan (İranda payız bayramı) və Novruz günü mənə gətirilən hədiyyələri qəbul edim, ya yox?
Buyurdu: Onlar namaz qılandırlarmı?
Dedim: Bəli.
Buyurdu: Onların hədiyyəsini qəbul edin və əvəzini verin. Rəsuləllah (s) belə buyurub: Əgər mənim üçün keçi budu hədiyyə gətirsələr, qəbul edərəm və bu dindarlığın bir əlamətidir. Əgər bir kafir, ya münafiq mənə inək, ya qoyun budu hədiyyə gətirsə qəbul etməyəcəyəm və bu da dindarlığın bir əlamətidir. Allah-Taala münafiq və müşrikin hədiyyələrini bizə rəva bilməyib.
2. Şeyx Səduq (381 h.q) «Mən la yəhzuruhul-fəqih» kitabında belə bir hədis nəql edir: Əli (ə) üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Ey Əmirəl-möminin, bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr bağışlayırlar». Buyurdu: «Bizim hər günümüzü Novruz edin».
3. Noman ibn Muhəmməd Təmimi (363 h.q) «Dəaimul-İslam» kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Bu gün Novruzdur». Buyurdu: «Əgər edə bilsəniz, hər günü Novruz edin» (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin).
4. Şeyx Tusi: «Misbahul-mutəhəccid» kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: «Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində «Həmd» və 10 dəfə «Qədr» surələrini, 2-ci rəkətində «Həmd» və 10 dəfə «Kafirun» surələrini, 3-cü rəkətində «Həmd» və 10 dəfə «Tovhid» surələrini və 4-cü rəkətdə «Həmd», «Fələq» və «Nas» surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar».
5. İbn Fəhd Hilli (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabından bir rəvayət gətirir: İmam Sadiq (ə) buyurur: «Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...»
6. Əllamə Məclisi (1111 h.q) «Biharul-ənvar»da belə qeyd edir: Xuneysin oğlu Muəlla deyir: Novruz günü İmam Sadiq (ə)-ın yanına getmişdim. İmam (ə) buyurdu: «Bu günün qiymətini bilirsənmi?» Dedim: «Sənə qurban olum! Bu günü farslar əziz tutarlar və bir-birinə hədiyyə verərlər». Buyurdu: «Kəbənin Allahına and olsun ki, bu qədim bir adətdir». Dedim: «Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar». O zaman buyurdu: «Ey Muəlla! Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür.
7. Muhəddis Nuri (1320 h.q) «Mustədrəkul-vəsail»də Hüseyn ibn Həmədanın kitabından yazır: Mufəzzəl ibn Əmr, İmam Sadiq (ə)-dan nəql edib: Allah-Taala buyurmuşdur: «Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı bir gündür. Hər bir mömin bu gündə məndən hacət istəsə, onu yerinə yetirəcəyəm».
İnkar edən hədislər
1. Qütbəddin Ravəndi «Lubbul-lubab» kitabında belə deyir: Allahın Rəsulu (s) buyurmuşdur: «İki günü sizin üçün iki günlə əvəz etdim: (yəni) Novruz və Mehriqanı Fitr və Qurban bayramı ilə əvəz etdim». İbn Şəhri Aşub (588 h.q) «Əl-mənaqib» kitabında rəvayət edir: Xəlifə Mənsur İmam Kazım (ə)-dan Novruzla əlaqədar olaraq, təbrik etmək və hədiyyələr almaq üçün, taxta əyləşməsini istədi. Həzrət (ə) onun cavabında buyurdu: «Mən cəddim Rəsuləllahın hədisləri arasında bu bayramı təsdiqləyən bir hədis tapmadım. Həqiqətən, bu farsların adət-ənənələridir. İslam dini onu ləğv etmişdir. İslamın ləğv etdiyi bir şeyi yerinə yetirməkdən Allaha pənah aparıram».
Mənsur dedi: «Bu işi hərbiçiləri idarə etməyə görə yerinə yetirirəm və sizi Allaha and verirəm, əyləşin». O zaman Həzrət (ə) qəbul etdi. Hökmdar və hərbiçilər təbrik üçün gəldilər və özləri ilə hədiyyələr gətirdilər. Mənsurun xidmətçisi Həzrətin (ə) başı üstə dayanaraq hədiyyələri sayırdı. Sonuncu şəxs yaşlı bir qoca idi. İmam Kazım (ə)-a dedi: «Ey Allah Rəsulunun qızının övladı! Mən yoxsul bir kişiyəm və hədiyyə veriləsi pulum yoxdur, lakin mənim babamın sizin babanız Hüseyn (ə) barəsində yazdığı bir neçə beyt şeri sizə hədiyyə verirəm».
Həzrət (ə) buyurdu: «Sənin hədiyyəni qəbul etdim. Əyləş, Allah sənə bərəkət verər!»
Mərasim bitdikdən sonra Həzrət (ə) Mənsurun xidmətçisini hədiyyələr barəsində məlumat vermək üçün xəlifənin yanına göndərdi. Xidmətçi gedib qayıtdıqdan sonra dedi: Xəlifə buyurdu ki, «Bu hədiyyələr sizinkidir». İmam Kazım (ə) o qocaya buyurdu: «Bu malları hədiyyə olaraq qəbul et».
Novruzun tənqidi barəsində olan bu hədislər heç bir cəhətdən düzgün və etibarlı deyildir. Belə ki:
Birinci rəvayət Hacı Nurinin (1320 h.q) «Mustədrəkul-vəsail» kitabından götürülmüş və 5-ci əsrin alimlərindən olan Qütbəddin Ravəndiyə aid edilmişdir. Bu rəvayət tarixi mənbələrdə mövcud deyil.
İkinci rəvayət isə, İbn Şəhri Aşubun «Əl-mənaqib» kitabında qeyd olunub. Lakin bu mənbə də çox şübhəlidir. (Onun nə müəllifi, nə də İbn Şəhri Aşubun qeyd etdiyi mənbə məlum deyil.)
Rəvayət olunmuş 7 hədis toplusunun isə çox etibarlı sənədi var. Bir çox din alimləri Novruz bayramının fəzilətlərini birbaşa və dolayı yollarla dəstəkləyən rəvayətlər və hikmətlər nəql etmişlər.
Məqalənin başlanğıcında qeyd etdiyimiz kimi İslam dini bəşəri bir dindir və bütün insanları özünə cəlb edir. İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb, yalnız batil adətlərə qarşı çıxıb. Novruz adət-ənənəsi əsrlərlədir ki, qalmaqdadır və müsəlmanlar da ona atəşpərəstlərin adətləri kimi yox, əksinə öz milli adətləri kimi baxırlar.
Digər tərəfdən şəriət Novruzun dinlə uyğun olmayan batil ənənə və xurafatlarını rədd edir və şəriətdə haram olanları qəbul etmir.
Beləliklə, din və şəriət baxımından bu milli bayramın qarşısını almaq üçün heç bir hökm olmadığından onu rədd etmək olmaz. /kovser/ |
www.islamaz.com |
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin! |
Əməyə hörmət olaraq şərh yazmağı unutmayın! |
|
|
|
|
|
|
|
|
|
|
|
|