ŞİƏ ƏHLİ
  Hezret Mesum (A.S.) haqqinda hedisler
 
Həzrət Məsumə (ə.s) haqqında hədislər
Qazi Nurulllah, İmam Sadiqdən (ə) rəvayət edir:
“Allahın hərəmi Məkkə, Peyğəmbərin (s) hərəmi Mədinə, həzrət Əlinin (ə) hərəmi Kufədir.
Qum, kiçik Kufədir ki, cənnətin səkkiz qapısından üçü, ona açıqdır.Mənim övladlarımdan bir qadın dünyadan gedəcək ki, adı Fatimə binti Musadır (ə). Onun şəfaəti ilə mənim bütün şiələrim cənnətə gedəcək.”
İmam Rza (ə) bauyurub: “Hər kəs həzrət Fatimeyi- Məsuməni ziyarət etsə, onun mükafatı cənnətdir.”
İmam Cavad (ə) buyurub: “ Hər kəs mənim bibimi Qumda ziyarət etsə onun mükafatı cənnətdir.”
İmam Sadiq (ə) buyurub: Hər kəs Ali həzrəti onların məqamından agah halda ziyarət etsə onun yeri cənnətdir.”
İmam Sadiq (ə) buyurub: “Bilin ki, mənim və məndən sonrakı övladlarımın hərəmi Qumdadır.”
“Məsumə” ləğəbini ona qardaşı İmam Rza (ə) əta edib
İmam Rza (ə) başqa bir rəvayətdə buyurub: “ Hər kəs mənim ziyarətimə gələ bilməsə, mənim ziyarətimin savabını almaq üçün qardaşımı Reydə ya da bacımı Qumda ziyarət etsin.”
3w.islamaz.com
istinad: 3w.Haqqul-Islam.tr.gg
Matreallardan istifadə zamanı halallıq üçün istinad verin!
Əməyə hörmət olaraq şərh yazmağı unutmayın!
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol